Icma.az
close
up
RU
PAŞİNYANLUKAŞENKO “QARŞIDURMASI”NIN PƏRDƏARXASI... Və Putinin Paşinyanın “nazına dözmək” məcburiyyəti AzPolitika onlayn siyasiictimai qəzet

PAŞİNYANLUKAŞENKO “QARŞIDURMASI”NIN PƏRDƏARXASI... Və Putinin Paşinyanın “nazına dözmək” məcburiyyəti AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) son sammitində Ermənistanın növbəti iclasdakı iştirak formatı ilə bağlı mübahisə ediblər.

Mübahisə Paşinyanın Minskdə keçiriləcək tədbirə Ermənistan nümayəndə heyətinin distant formatda qatılacağını bildirməsindən sonra yaranıb. Lukaşenko da Paşinyana buna görə irad tutub. Paşinyan bunu cavabsız qoymayıb, növbəti iclasla bağlı qərarının qəti olduğunu deyib. Lukaşenko bu dəfə “heç mənə lazım da deyil” prinsipindən çıxış edərək, həmin vaxt “televizorların işləməyə biləcəyini” deyərək, erməni heyətini video formatında ümumiyyətlə, toplantıda görmək istəmədiyinə eyham vurub. Paşinyan isə cavabında Belarusun beynəlxalq sanksiyalara məruz qalmasını nəzərdə tutaraq, rişxəndlə “əgər sizin artıq televizorlarla da bağlı problemləriniz yaranıbsa, mən bunu anlayışla qəbul edirəm” deyib.

Bütün bunlar, yəni, Ermənistan başçısının Belarusa, onun da timsalında Rusiyaya “meydan oxuması” Vladimir Putinin qoşulduğu iclasda, onun gözü qarşısında baş verib. Lakin Rusiyanı Ukraynada vəhşi işğalçılıq müharibəsinə və Qərblə mənasız qarşıdurmaya soxan, nəticədə digər regionlar kimi Cənubi Qafqazda da mövqelərini itirən Putin Paşinyanın bu şıltaqlıqlarına, nazına dözmək məcburiyyətindədir. 

Rusiyaya bütün MDB məkanındakı mənfi münasibəti anlayan Kreml Ermənistandakı rusiyapərəst müxalifətin cəmiyyətdə dəstək almadığını, zəifliyini gözəl başa düşür. Ona görə də Paşinyanı devirmək onun üçün olduqca çətindir. Lakin məsələ təkcə bunda deyil. Erməni cəmiyyəti də Paşinyanın bəyanatları kimi, “iki gündən bir” dəyişə bilər. 

Əsas məsələ odur ki, Ermənistan hər nə qədər özünü Qərbpərəst kimi göstərməyə çalışsa da, faktiki olaraq, bu gün Rusiya hərbi sənayesini Qərb elektrotexnikası ilə təmin edən əsas “alverçi” ölkədir. Məhz Qərb elektrotexnikasını Rusiyaya ötürmək sayəsində Ermənistanın xarici ticarət dövriyyəsi bu ölkə üçün fantstik həddə, 30 milyard dollara yaxınlaşıb. Rusiya isə bu avadanlıqlar sayəsində öz hərbi sənayesini ayaq üstə saxlayır və istehsal etdiyi silahlarla elə həmin Qərbin dəstəklədiyi Ukrayna dövlətini, əhalisini məhv edir. Daha çox məhz buna görə Putin “dişi dodağını kəsə-kəsə” Paşinyanın “cingiltili” səslə ifadə etdiyi eyhamları, tənələri qəbul etmək, onun “nazı ilə oynamaq” məcburiyyətindədir.


Çoxdan simasını itirmiş ikiüzlü və başıpozuq Qərb isə Paşinyanın Rusiyanın hərbi sənayesinə “töhfələrini” bilə-bilə, buna göz yumur, Ermənistanı az qala Cənubi Qafqazdakı əsas müttəfiqi, “demokratiya lideri” kimi təqdim və qəbul edir...

Bütün bunların fonunda Paşinyan-Lukaşenko “qarşıdurması” tragikomik təsir bağışlayır. Çünki bu siyasi personajların heç biri müstəqil deyil. Lukaşenko Putinin, Paşinyan isə Qərbdəki himayədarlarının göstərişi, dili ilə danışır. Buna baxmayaraq, artıq bu iki nəfər arasındakı “qarşıdurma” qarşılıqlı şəxsi nifrət səviyyəsinə qalxıb və bunu heç biri gizlədə bilmir...

Sonda onu da qeyd edək ki, erməni mətbuatı Ermənistan hökumətinin hələ bu ilin yayında geri çağırdığı Belarusdakı səfirini Minskə qaytarmaq fikrində olmadığını yazır. Xüsusilə də son Lukaşenko-Paşinyan “atışması”ndan sonra bunu heç gözləməyə də dəyməzdi.

Digər yandan, Rusiyanın başçılığı altında yaranan KTMT və Aİİ kimi süni təşkilatlarda “strateji müttəfiqlər” arasındakı bu cür “isti”, “səmimi” münasibətlərdə qeyri-adi heç nə yoxdur. Rusiya kimi “ədalətli baş müttəfiq” olan yerdə başqa cür ola da bilməzdi...

Cəlal MƏMMƏDOV

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri