Pasport şəklini telefonda saxlayanlara XƏBƏRDARLIQ
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mütəxəssislər mühüm sənədlərin, xüsusilə də pasportun şəkillərinin telefonda saxlanılmasının ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Doğru.az xəbər verir ki, hüquqşünas Anton Klyuçkonun sözlərinə görə, belə məlumatlar dələduzların əlinə keçərsə, onlar süni intellektdən istifadə edərək saxta şəxsiyyət təsdiqi yarada və zərərçəkənin xəbəri olmadan onun adına onlayn kredit rəsmiləşdirə bilərlər.
Ekspert bildirir ki, telefonun oğurlanması, messencer hesablarının sındırılması və ya bulud yaddaşına icazəsiz giriş nəticəsində pasport şəkilləri üçüncü şəxslərin əlinə keçə bilər. Bu isə maliyyə fırıldaqları riskini artırır.
Belə hallarda zərərçəkən şəxsin adına borclar yarana, kredit tarixçəsi zədələnə bilər. Hüquqşünas tövsiyə edir ki, belə bir vəziyyətlə qarşılaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etsin, kredit təşkilatından müqavilənin etibarsız sayılmasını tələb etsin, nəticə əldə olunmadıqda isə məsələni məhkəmə qaydasında həll etsinlər. (milli.az)
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 17 İyul 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















