Patent almaq asanlaşır? YENİ QAYDALAR
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi qaydalarında dəyişiklik ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya ixtira, faydalı model və ya sənaye nümunəsinə patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində ixtira, faydalı model və ya sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumu ödənilməsi şərtilə ixtira, faydalı model və ya sənaye nümunəsini müvafiq dövlət reyestrində qeydə alacaq və iddiaçıya patent verəcək.
Patentin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi patentin qüvvədə olduğu il başa çatanadək həyata keçirilmədikdə müəyyən edilmiş əlavə haqq ödənilməsi şərtilə patentin qüvvədə olduğu müddətin bitdiyi tarixdən haqqın ödənilməsi üçün 6 ay əlavə möhlət veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















