Patrik Andre: Kiçik ada dövləti olam Seyşel Adaları iqlim dəyişikliyinin təsirlərinə qarşı xüsusilə həssasdır AZƏRTAC
Bakı, 19 noyabr, AZƏRTAC
Kiçik ada dövləti olan Seyşel Adaları iqlim dəyişikliyinin təsirlərinə qarşı xüsusilə həssasdır. Əsas problemlərdən biri dəniz səviyyəsinin qalxmasıdır.
Bu barədə Seyşel Adalarının nəqliyyat üzrə baş katibi Patrik Andre AZƏRTAC-a açıqlamasında deyib.
O, ölkəsinin iqlim dəyişikliyi ilə bağlı əsas narahatlıqlarını ifadə edərək bildirib: “Əsas problemlərdən biri dəniz səviyyəsinin qalxmasıdır. Bunun nəticəsində sahil eroziyası geniş yayılıb, mərcan rifləri ağarır və sahil ərazilərində yaşayış məntəqələri, yol infrastrukturu ciddi təsirə məruz qalır”.
COP29-da beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq memorandumu imzalanmasına ümid etdiklərini vurğulayan P.Andrade deyib: “Maliyyə yardımı texnologiya transferi kimi məsələlərdə dəstək almaq üçün konkret protokolların təsis edilməsini gözləyirik”.