Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Hollivudun ən məşhur casus obrazı Ceyms Bondun yeni ifaçısı Robert Pattinsonun seçilməsi ilə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.
Kulis.az xəbər verir ki, "Amazon" şirkətinin qurucusu Ceff Bezos bildirib ki, aktyorun 007 roluna təsdiqlənməsi prosesində şəxsən iştirak edib.
Bezosun sözlərinə görə, seçim mərhələsində çoxsaylı namizədlər nəzərdən keçirilib, daha sonra beş aktyor sınaq çəkilişlərinə dəvət olunub. Namizədlər xüsusi hazırlanmış dekorasiyalarda, tam kostyumda üç fərqli səhnəni canlandırıblar. Bezos və yaradıcı heyət aktyorların sınaq görüntülərini birlikdə izləyərək yekun qərara gəlib.
Maraqlı məqam ondan ibarətdir ki, seçim qrupunun ilkin yanaşması artıq dünya şöhrəti qazanmış aktyorun əleyhinə olub. Onlar Bond obrazı üçün daha az tanınan simanın seçilməsini düşünürmüşlər. Lakin Pattinsonun sınaq çəkilişləri bu tərəddüdü aradan qaldırıb. Bezos aktyorun ifasının onu inandırdığını və məhz həmin anda Pattinsonun obraz üçün düzgün seçim olduğunun aydınlaşdığını bildirib.
“Alatoran” filmləri ilə dünya şöhrəti qazanan, daha sonra “Tenet” və “Betmen” kimi layihələrdə çəkilən Pattinsonun Bond obrazına gətirəcəyi yeni yanaşma artıq kinosevərlər arasında maraq doğurur. Bu seçim həm də Bond franşizasında mühüm mərhələdir: yeni film Amazon "MGM Studios"un yaradıcı nəzarəti altında istehsal olunacaq ilk Bond ekran əsəri olacaq.
Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı? Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq Özbəkistanın mədəniyyət naziri: "Bakı forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Noyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















