“Payde” Sumqayıtda yalqız qalacaq!
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi, avrokuboklarda ölkəmizi təmsil edən komandalardan yalnız “Zirə” bu həftə rəqibi evdə qarşılayacaq.
İlk oyunda 0:1 uduzan “qartallar” 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Payde”ni məğlub etməyə çalışacaq. 1500 yerlik stadiona Estoniya təmsilçisini dəstəkləmək üçün səfər edəcək azarkeşlərlə bağlı məlumat maraq doğurur. Ötən mərhələdə Gürcüstanın “Torpedo” komandasını dəstəkləmək üçün 20 azarkeşin gəldiyini bildirmişdik. Həmin matçdan sonra gürcülər xoş olmayan sözlər işlətmişdi. Mövcud qarşıdurmanın qarşısını almaq üçün müvafiq addımlar atılmışdı. İndiki rəqibin Baltikyanı ölkənin klubu olduğunu və məsafəni nəzərə alsaq, daha az azarkeş gözlənilir. Bəs bu yöndə “Zirə”yə müraciət olubmu? Bu suala cavab almaq üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:
“Bu barədə bizə heç bir müraciət olmayıb. Böyük ehtimalla rəqib azarkeş dəstəyi olmadan matça çıxacaq. Yenilik olarsa, məlumat veriləcək”.
İSRAYIL XEYRULLAYEV
Baxış sayı:99
Bu xəbər 29 İyul 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















