Icma.az
close
up
RU
Payız üçün mükəmməl dəbli saç kəsimləri

Payız üçün mükəmməl dəbli saç kəsimləri

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Payız dəyişikliklər üçün ən ideal mövsümdür. Bu dövrdə insan həm daxildən, həm də zahirən yenilənmək istəyir. Əgər siz də artıq imicinizi dəyişmək qərarına gəlmisinizsə, elə bir saç kəsimi seçin ki, həm inam versin, həm də gənc və təravətli görünüş bəxş etsin.

Lent.az bu saç kəsim modellərini təqdim edir: 

Bu saç modeli yenidən podiumlara və ulduz stilistlərin "Instagram" səhifələrinə qayıdıb. Gözlərin üzərinə yumşaq şəkildə düşən uzun kəpik (çolka) qadına eyni zamanda sirli və təbii görünüş verir. Onu yana doğru daramaq, ortadan ayırmaq və ya saç qatları ilə birləşdirmək mümkündür. Belə kəsim saçlara canlılıq qatır, üz cizgilərini isə daha incə göstərir.

Bu üslub xüsusilə orta uzunluqda saça sahib olan və üzü dar və ya oval formalı qadınlara yaraşır. Kəpik üzün proporsiyalarını balanslaşdırır və görünüşə fransız zərifliyi əlavə edir. Ən gözəl effekt saçın təbii rənglərində – xüsusilə karamel, mis və ya kül tonlarında əldə edilir.

Ultra qısa teksturalı pixie

Cəsarətli, eyni zamanda son dərəcə qadınsı bir kəsimdir. Bu model üz və boyun hissəsini “açır”, təmizlik və azadlıq hissi yaradır. Qısa və teksturalı forma nazik saçlarda belə sıxlıq effekti yaradır, arxa və ön hissələrdəki fərqli uzunluq isə saçın formasını müasir və dinamik göstərir. Pixie kəsimi oval formalı baş quruluşu, ifadəli gözləri və dəqiq üz cizgiləri olan qadınlara xüsusilə yaraşır. Diqqət çəkməkdən qorxmayanlar üçün bu saç üslubu ideal vurğu olacaq. Gündəlik qulluq üçün bir az tekstura spreyi və ya saça forma verən mum kifayətdir.

“ Canavar kəsim" – Wolf Cut

Vəhşi və bir qədər səliqəsiz görünüşü ilə seçilən bu model sosial şəbəkələrin sevimlisidir. Saçlara həcmlilik və hərəkət effekti verir, hətta düz saçlarda belə dinamika yaradır. Wolf cut shag və mullet üslublarının qarışığıdır: ön hissədə qısa, arxada isə uzun tellər. Nəticədə saçlar sıx görünür, hətta az olsa belə.

Bu kəsim demək olar ki, bütün üz formalarına uyğun gəlir, xüsusilə yanaqları və gözləri vurğulayır. Təbii dalğalı və ya düz saçlarda da mükəmməl görünür. Üstəlik, bu model gündəlik düzləşdirmə və mürəkkəb qulluq tələb etmir – onun “təbii dağınıqlığı” onu daha cazibədar edir.

Payız üçün ideal saç kəsimini necə seçməli?

Saçın quruluşunu nəzərə alın. Əgər saçlar nazikdirsə, qatlı kəsimlər seçin – bu, həcmlilik əlavə edəcək. Qalın saçlar üçün isə yüngül seyrəltmə və uzun kəpiklər daha uyğundur. Üz formasını unutmayın. Dairəvi üz forması üçün uzun çolka və ya assimmetrik kəsim vizual olaraq üzün formasını “uzadır”, oval üzlər isə demək olar ki, bütün kəsimlərlə harmonik görünür.

Rənglə oynayın. Yaydan sonra saç tonunu yeniləmək, isti və ya dərin tonlara keçmək payız üçün ideal addımdır bu, həm dərini, həm də gözlərin ifadəsini vurğulayır.
Eksperimentlərdən çəkinməyin. Payız trendi klassikanı müasirliklə birləşdirir zərif bobdan tutmuş sərbəst və enerjili wolf cuta qədər hər üslubda özünə yer tapmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:525
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri