Icma.az
close
up
RU
Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Qlobal bahalaşma, idxal qiymətləri və mövsümi amillər Azərbaycanda ərzaq inflyasiyasını sürətləndirə bilər.
Artıq yay mövsümü başa çatmaq üzrədir. Adətən payız özü ilə bərabər bir sıra kənd təsərrüfatı məhsullarının, onların təsiri ilə isə bütövlükdə ərzaq qiymətlərinin yüksəlməsini də gətirir.
Mövsüm dəyişdikcə bəzi məhsulların təklifi azalır, qışa hazırlıqla əlaqədar isə tələbat artır. Bu amillər müəyyən məhsullar üzrə qiymət artımı riskini gündəmə gətirir.
Bizim.Media xəbər verir ki, bu il isə qiymətlərə yalnız mövsümi deyil, qlobal səviyyədə qeydə alınan hərbi-siyasi gərginlik və müharibələr təsir edir. Rusiya ilə Ukraynanın Qara dəniz regionundan dünya bazarına əsas ərzaq məhsullarının, xüsusilə də buğdanın ixracını 70-80 faiz azaldan zərbələri, ABŞ-İran münaqişəsi üzündən beynəlxalq ticarət zəncirlərində böyük payı olan Hörmüz və Bab-əl Məndəb boğazlarında gəmiçiliyin kəskin məhdudlaşması qlobal ərzaq bazarında ciddi bahalaşmaya rəvac verməkdədir.
 

Bundan əlavə, Avropa və ABŞ-də qeydə alınan görünməmiş istilər kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bütün bunların nəticəsi olaraq yalnız iyul ayı və avqustun ilk həftəsində dünya buğda qiymətlərində 10 faizlik artım qeydə alınıb, proses davam edir.


Azərbaycanda da bu proseslərin təsiri hiss olunmağa başlayıb. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2026-cı ilin yanvar-iyul aylarında ölkədə istehlak qiymətləri 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
2025-ci ilin iyul ayı ilə müqayisədə cari ilin iyul ayında istehlak qiymətləri 5,8 faiz artıb. Bu zaman qida məhsullarında 7,2 faizlik artım qeydə alınıb.
Komitə bildirir ki, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından uzun düyü, makaron məmulatları, mal və qoyun əti, qatıq, kəsmik, yumurta, süfrə marqarini, limon, albalı, gilas, ərik, ağ kələm, göyərti, yerkökü, soğan və süfrə duzunun qiymətləri bahalaşıb, banan, alma, armud, alça, gavalı, şaftalı, qarpız, yemiş, üzüm, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb.
 

Ölkəyə idxal oluna əsas ərzaq məhsullarının qiymətində də artım var. Belə ki, bu ilin yanvar-iyulunda idxal olunan buğdanın 1 tonu 227 dollara başa gəlib ki, bu da illik ifadədə 2 dollar artım deməkdir.


Eyni dövrdə ətin 1 kq-nın idxal qiyməti 2,18 dollardan 2,36 dollara yüksəlib, kərə yağının 1 kq-nın qiyməti 6,8 dollardan 6,3 dollara düşüb. Kərə yağındakı qiymə azalması əsasən İrandan daha ucuz yağ idxalının artması ilə bağlıdır, Avropa və Yeni Zelandiyadan idxal olunan yağlarda isə qiymətlər artıb.
İnflyasiyanın ilin ikinci yarısında daha da sürətlənəcəyini iki mühüm göstəricidən də aydın görmək olur.
Belə ki, bu ilin birinci yarısında idxalçı qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz, iyunun sonuna ötən ilin iyunu ilə müqayisədə isə 25,2 faiz artıb.
Eyni zamanda yanvar-iyul aylarında sənaye məhsullarının istehsalçı qiymət indeksi müvafiq olaraq 20,6 faiz və 18,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi isə 4,4 faiz və 4,2 faiz artıb. Hər iki sahədə artım adətən növbəti 2 ay ərzində daxili bazardakı qiymətlərdə əksini tapır.
Azərbaycan hökuməti də payızda inflyasiyanın sürətlənəcəyini gözləyir. Maliyyə Nazirliyinin açıqladığı “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində qeyd olunur ki, 2026-cı ilin yanvar-iyun aylarında inflyasiya tempi hədəf daxilində olub: “İllik inflyasiya (2026-cı ilin iyun ayı 2025-ci ilin iyun ayına nisbətən) 5,8 faiz, orta illik inflyasiya (2026-cı ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun aylarına nisbətən) 5,7 faiz səviyyəsində qərarlaşıb.
Hesabat dövründə orta illik ərzaq qiymətlərində 6,6 faizlik, qeyri-ərzaq qiymətləri üzrə 3,9 faizlik, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faizlik artım qeydə alınıb”.
Sənəddən aydın olur ki, Azərbaycan hökuməti qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslərin milli iqtisadiyyata təsirini nəzərə alaraq, illik makroiqtisadi proqnozlarına yenidən baxıb. İqtisadiyyat Nazirliyi 2026- cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlarını yeniləyib.
 

Həmin proqnozlara əsasən, 2026-cı ildə ÜDM-in real ifadədə 1,7 faiz artmaqla 138,0 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən nominal olaraq 3,9 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 3,1 faiz artmaqla 100,0 milyard manata (əvvəlki proqnoza nəzərən nominal ifadədə 1,7 milyard manat az) çatacağı gözlənilir.


Bildirilir ki, tikinti və turizm sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri-neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib. Belə ki, 2026-cı ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 5,0 faizdən 3,1 faizə endirilib.
İnflyasiyanın sürətlənməsi kimi mənfi təsirlə yanaşı, qlobal münaqişələrin Azərbaycan üçün müsbət təsiri də var, ilin ikinci yarısında onun daha da çoxalacağı gözlənilir. Belə ki, Maliyyə Nazirliyinin açıqlamasına görə, yanvar-iyunda dövlət büdcəsinin neft-qaz sektoru üzrə gəlirlərində təsdiq olunmuş göstəricilərlə müqayisədə kəskin azalma olub. Lakin bu azalma “Şahdəniz” yatağı və SOCAR üzrədir, “Azəri-Çıraq-Günəşli” yatağından hasil və ixrac edilən neft hesabına büdcəyə vergi daxilolmalarında isə artım var. Bu dövrdə Azərbaycan neftinin orta satış qiyməti 94,5 dollar təşkil edib.
Hökumət ilin ikinci yarısında neft-qaz sektorundan vergi ödənişlərində 650,0 milyon manat və ya 4,0 faizlik artım proqnozlaşdırır.
Belə ki, ümumilikdə neft-qaz sektorundan büdcəyə 4 milyard 250,0 milyon manat vergi gəliri daxil olması gözlənilir. Bunun 41,2 faizini və ya 1 milyard 750,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2 milyard manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edəcək.
Nazirliyin açıqlamasına görə, 2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiyməti 35 ABŞ dolları artırılaraq 296,0 ABŞ dolları müəyyən edilib. Qiymət artımı ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400,0 milyon manat və ya 25,0 faiz artacağı gözlənilir. (musavat.com)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Avqust 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri