Icma.az
close
up
RU
Payızın ən sevimli meyvəsi ƏZGİL Meyvəsi qədər müalicəvi yarpaqları...

Payızın ən sevimli meyvəsi ƏZGİL Meyvəsi qədər müalicəvi yarpaqları...

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Əzgil – Мушмула. Əzgilin iki əsas növü vardır: 1. Adi əzgil (Mespilus germanica); 2. Subtropik və ya yapon əzgili (Eriobothrya japonica). Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Vətəni Qafqaz və Talış dağlarıdır.

Yabanı halda Qafqazda, Kiçik Asiyada, Krımda, Türkmənistanda, Balkan yarımadasında, Şimali Iranda bitir. Yabanı əzgil Azərbaycanın şimal və cənub rayonlarının dağlıq meşələrində yayılmışdır. Mədəni halda Azərbaycanda, Avropanın bir çox ölkələrində və ABŞ-da becərilir. Azərbaycanda yabanı formaların və mədəni sortların bir çox növmüxtəliflikləri vardır. Yabanı əzgil aprel ayında yarpaqlayır və mayın əvvəllərində çiçəkləyir. Meyvələri oktyabrın axırı və noyabrın əvvəllərində yetişir.

Meyvəsi boz-darçını rəngdədir, üstü azacıq incə tüklərlə örtülür, diametri 2,5-5,0 sm-dir. Meyvələri yumru, yastı-yumru və ya armudşəkilli olur. Hər meyvənin birtoxumlu beş çəyirdəyi vardır. Meyvənin ətliyi bərkdir, tərkibində aşılayıcı maddə olduğundan ağız büzüşdürücüdür. Lakin dərilib saxlandıqdan sonra və ya meyvəni şaxta vurduqda yumşalır və dadı şirin olur.

Əzgilin müalicəvi xassələri. Əzgildən müalicəvi məqsədlə qidanın yaxşı həzmi və bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə olunur.

Kal meyvələri mədə-bağırsaq xəstəliklərində, xüsusən ishala qarşı tətbiq edilir. Əzgilin yarpaqlarından dəmlənmiş çayla boğazı yaxalayırlar. Əzgilin yarpaqlarından və kökündən qəhvəyi və yaşıl boyaq alınır. Oduncağının qabığı və yarpaqları aşılayıcı maddələrlə zəngin olduğundan dərilərin aşılanmasında, oduncağı isə xarratlıqda xırda məmulatların hazırlanmasında istifadə edilir. Əzgil təzə halda yeyilir, ondan pastila, povidlo, mürəbbə, kompot, karamel üçün içlik və "Əzgil-şərab" adlı tamlı qatma hazırlanır.

Tərkibində aşı maddəsi çox olduğundan ağız büzüş- dürücüdür. Ona görə də yetişib-ötmüş (lalıxlamış) və donmuş halda daha şirin olur.

Qədim dövrlərdən əzgildən bağırsaqların möhkəmlənməsi və qida həzminin yaxşılaşdırılması məqsədilə istifadə olunurdu. Meyvələrindən və tumlarından alınan həlimdən mədə- bağırsaq xəstəliklərinin, əsasən də ishalın müalicəsində istifadə edirlər. Ondan böyrək daşlarının xaric edilməsində və böyrək xəstəliklərində istifadə inkar edilmir. Əzgil yarpaqlarından hazırlanmış həlimdən (1 xörək qaşığı quru yarpaq 1 stəkan suda) ishala qarşı və qankəsici vasitə kimi istifadə olunur.

Belə həlimlə soyuqdəymədə boğazı qarqara edirlər. Qafqazın xalq təbabətində əzgil yarpaqlarından (1 xörək qaşığı quru yarpaq 1 stəkan qaynanmış suda) boğazı qarqara etmək üçün mərlul 105 hazırlanır. Əzgilin yarpaqlarından və kökündən parçaları boyamaq üçün sarı boyaq alınır. Əzgil, həmçinin, balverən bitkidir. Onun çiçəklərindən toplanan nektar ətrinə və şəffaflığına görə başqa nektarlardan geri qalmır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Oktyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri