Icma.az
close
up
RU
“PayPal” Azərbaycanda niyə fəaliyyət göstərmir?

“PayPal” Azərbaycanda niyə fəaliyyət göstərmir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan maliyyə bazarının dünya rəqəmsal maliyyə bazarına inteqrasiyası, daha çevik beynəlxalq bank əməliyyatlarının bir parçası olması üçün "PayPal" kifayət qədər vacib bir sistemdir. Lakin Azərbaycanda bu sistem illərdir ki, yerli bank sektoru ilə bir şəkildə dil tapa bilmir”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Razi Abbasbəyli deyib.

Onun sözlərinə görə, dünyanın ən böyük rəqəmsal maliyyə platformasının 2022-ci il üzrə hesabatında qeyd edilir ki, “PayPal”, 2022-ci ildə 2.419 milyard ABŞ dolları gəlir və 3.837 milyard ABŞ dolları əməliyyat mənfəəti əldə edib:

“Hazırda “PayPal” sistemi rəsmi olaraq Rusiyada fəaliyyət göstərmir. Bir çox Mərkəzi Asiya və keçmiş Sovet respublikaları, Özbəkistan, Türkmənistan bu sistemə qoşulmayıb. Çox maraqlıdır ki, Cənubi Qafqazda yalnız Ermənistan “PayPal” sisteminə qoşulub. “PayPal” saytında dəstəklənən ölkələr siyahısında Gürcüstanın adı yoxdur. 

Azərbaycanda oxşar rəqəmsal sistemlər kimi “ApplePay” və “GooglePay” kimi xidmətlər fəaliyyət göstərir. Lakin bu sistemlər üzərindən hansısa əməliyyatlar mümkün olsa da, eynilə “PayPal” sistemində olduğu kimi beynəlxalq pulköçürmələr etmək və vəsaitləri nağdlaşdırmaq mümkün deyil.

Düzdür, Azərbaycan Mərkəzi Bankı faktiki olaraq “PayPal”-ın ölkə ərazisində fəaliyyətinə məhdudiyyət qoymadğını açıqlayıb. Lakin qeyd etdiyimiz kimi vəsaitlərin nağdlaşdırılması faktiki olaraq mümkünsüz olduğuna görə də fiziki və hüquqi şəxslər bu sistemdən yararlana bilmirlər.

Burada mövcud olan problemin yerli bankların “PayPal”a inteqrasiya edə bilməmələri göstərilə bilər. Ara-sıra bəzi yerli banklar bu sistemə keçidə hazırlaşdıqlarını bəyan etsələr də, əslində bu hələ də baş verməyib. Nəticə etibarilə də Azərbaycan iqtisadiyyatı beynəlxalq ticarət, turzim, valyuta mübadilələrindən əldə edə biləcəyi böyük gəlirləri itirmiş olur”. 

İqtisadçı bildirib ki, ortada olan bəzi mühim məqamlar var:

“Birincisi, “PayPal”-ın tam fəaliyyət göstərməsi üçün ölkədə beynəlxalq ödəniş əməliyyatlarına açıq bir bank sistemi yaradılmalıdır.

Azərbaycan Mərkəzi Bankı və digər maliyyə qurumları ölkədən kapital axınının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq edir. Ona görə valyuta çıxışı və girişinə nəzarət daha sərtdir. 

İkincisi, “PayPal”-ın Azərbaycanda işləməsi üçün yerli maliyyə qanunlarına uyğunlaşması və lisenziya alması tələb olunur.

Azərbaycanda elektron ödəniş sistemləri əsasən yerli operatorlar tərəfindən tənzimlənir və “PayPal” kimi xarici platformalar üçün əlavə tənzimləyici maneələr yaranır. 

Üçüncüsü, “PayPal”-ın Azərbaycanda fəaliyyət göstərməsi üçün yerli vergi və maliyyə qaydalarına uyğun olması lazımdır. 

Azərbaycan hökuməti elektron ticarət əməliyyatlarının tam şəffaf olmasını istəyir, bu da “PayPal” üçün əlavə çətinliklər yaradır. Yəni şəffaflıqla bağlı tələblər çox sərtdir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:724
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri