Icma.az
close
up
RU
Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?

Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda fəaliyyət göstərən məscidlərin böyük əksəriyyəti axşam namazından sonra, əsasən saat 22:00 radələrində bağlanır. Bu isə gecə saatlarında ibadət etmək istəyən bəzi vətəndaşların məscidlərdən istifadə imkanlarını məhdudlaşdırır. Bu baxımdan, İslam ənənəsində məscidlərin iş rejiminin hansı prinsiplər əsasında müəyyənləşdirildiyi, bununla bağlı vahid qaydaların olub-olmaması, eləcə də gələcəkdə gecə saatlarında ibadət etmək istəyən şəxslər üçün şəraitin genişləndirilməsinin nəzərdən keçirilib-keçirilmədiyi diqqət çəkən məsələlərdəndir.

Modern.az mövzu ilə bağlı Dövlət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Komitədən bildirilib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən məscidlərin gündəlik iş rejimi və ziyarət saatları həmin məscidlərdə fəaliyyət göstərən dini icmalar (və ya din xadimləri)
tərəfindən onların nizamnamələri, fəaliyyət xüsusiyyətləri və mövcud şərait nəzərə alınmaqla müəyyən edilir.

"Məscidlərin fəaliyyət rejimi, o cümlədən ibadət evlərinin gecə saatlarında açıq və ya qapalı olması ilə bağlı məsələlər dini icmaların səlahiyyətlərinə aid olub, təhlükəsizliyin təmin edilməsi, bina və inventarın qorunması, təmizlik, sanitariya və digər texniki-təsərrüfat amilləri nəzərə alınmaqla həmin dini icmalar (və ya din xadimləri) tərəfindən müstəqil qaydada tənzimlənir", - deyə məlumatda vurğulanıb. 

Məsələyə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə qeyd edib ki, məscidlərin gecə-gündüz açıq saxlanılması dini baxımdan zəruri hesab edilmir və bu məsələ praktik imkanlar nəzərə alınmaqla tənzimlənməlidir.

Onun sözlərinə görə, həm Azərbaycanda, həm də bir sıra müsəlman ölkələrində məscidlər son namazdan sonra bağlanır:

“Ümumiyyətlə, bundan əvvəl Azərbaycanda, eləcə də Türkiyənin özündə son namaz, yəni yatsı namazı qılındıqdan sonra məscidlər bağlanır. Məscidin daim açıq saxlanılması ilə bağlı hər hansı qayda yoxdur. Məscid əsasən kollektiv namazın qılınması üçün nəzərdə tutulub. İmam namazı qıldırır, insanlar birgə ibadətlərini yerinə yetirirlər. Fərdi ibadət isə evdə də rahat şəkildə edilə bilər”.

Deputat qeyd edib ki, məscidlərin fasiləsiz açıq qalması həm də praktiki baxımdan məqsədəuyğun deyil:

“Burada qızdırılma, elektrik, su və digər təsərrüfat xərcləri var. Məscidin müəyyən saatadək fəaliyyət göstərməsi normaldır. Sübh namazından sonra orada gözətçinin və ya başqa əməkdaşın mütləq qalmasının xüsusi bir mənası yoxdur. Məscid insanların birlikdə namaz qılması və namaz vaxtlarında fərdi şəkildə gəlib ibadət etməsi üçün fəaliyyət göstərən məkandır”.

F.Mustafa hesab edir ki, kollektiv ibadət vaxtı başa çatdıqdan sonra məscidlərin bağlanması təbii yanaşmadır:

“Gecə saatlarından sonra məscidin açıq qalması üçün mütləq qarovulun və ya xidmət personalının işləməsi, eyni zamanda təmizlik və digər işlərin görülməsi tələb olunur. Hesab edirəm ki, bu məsələni ayrıca müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Kollektiv ibadət vaxtları bitdikdən sonra məscidin bağlanması həm təmizlik işlərinin görülməsi, həm də personalın dincəlməsi baxımından normal yanaşmadır”.

Komitə sədri məscidlərin təmizliyinin də ilk növbədə dini icmanın məsuliyyəti olduğunu bildirib:

“Əslində, məscidin təmizliyi üçün ayrıca adam tutulması məsələsi də doğru yanaşma deyil. Ora gələn inanclı insanlar həm məscidə dəstək verməli, həm də onun təmizliyini qorumağa borcludurlar. Müsəlmanın əsas xüsusiyyətlərindən biri təmizlikdir. Əgər öz ibadət evini təmiz saxlaya bilməyən bir icma varsa, bu artıq həmin icmanın problemidir”.

Onun sözlərinə görə, zərurət yaranarsa, icma öz vəsaiti hesabına bu işi təşkil edə bilər:

“Əlbəttə, xüsusi vəsait toplanıb təmizliklə məşğul olan şəxslər də müəyyən edilə bilər. Bu artıq icmanın öz qərarıdır. Hesab edirəm ki, bu məsələnin həmin qaydada həll olunması daha real və mümkündür”.

O həmçinin vurğulayıb ki, məscidlərin təmiz saxlanılması həm dini, həm də ictimai baxımdan vacibdir:

“Bütövlükdə məscidlərin təmiz saxlanılması xoş görüntüdür və insanlar buna diqqət yetirməlidirlər. Xüsusilə inanclı insanlar üçün ibadətin təmiz məkanda həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır”.

Deputat onu əlavə edib ki, məscidin daxili təmizliyi dövlətin deyil, dini icmanın məsuliyyətidir:

“Bu, dövlətin məsələsi deyil. Dövlət bütün dinlərə eyni münasibət göstərir və ibadət yerlərinin daxili təmizliyi ilə məşğul olmur. Əgər söhbət məscidin ətrafından, bələdiyyəyə və ya dövlətə məxsus ərazilərdən gedirsə, bu başqa məsələdir. Amma məscidin daxili icmanın istifadəsindədirsə, onun təmizliyi və saxlanılması ilə də icma özü məşğul olmalı, bunu daxildə toplanan vəsait hesabına tənzimləməlidir”, - deyə F.Mustafa qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Avqust 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri