Icma.az
close
up
RU
PayPal ın satışı ilə bağlı danışıqlar davam edir

PayPal ın satışı ilə bağlı danışıqlar davam edir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"PayPal" rəhbərliyi şirkətin mümkün satışı ilə bağlı müzakirələr aparır. “Stripe” və “Advent” "PayPal" üçün 53 milyard dollarlıq təklif verib.

"PayPal"ın baş direktoru Enrike Loresin (Enrique Lores) fintex şirkətində dönüş yaratmaq planına onun satışı da daxil ola bilər.

Qaynarinfo xəbər verir ki, bu ehtimal ilk dəfə iyul ayında gündəmə gəlib. “Stripe” və özəl kapital şirkəti “Advent” "PayPal"ı almaq üçün təklif verib. “The Wall Street Journal”ın məlumatına görə, təklifdə "PayPal" 53 milyard dollar dəyərində qiymətləndirilib, hər səhm üçün isə 60,50 dollar təklif olunub.

"PayPal" bu təklifi qəbul etməyib. Bununla belə, müzakirələrin davam etdiyi bildirilir. “The Wall Street Journal”ın anonim mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər yaxın həftələrdə razılığa gələ bilərlər.

"PayPal" məsələ ilə bağlı şərh verməyib. “Stripe”ın nümayəndəsi bildirib ki, şirkət “şayiə və fərziyyələri şərh etmir”.

Müzakirələr Enrike Loresin şirkəti geriləmədən çıxarmaq planı çərçivəsində aparılır.

Lores mart ayında HP-də uzun illər çalışdıqdan sonra "PayPal"a qoşulub. Apreldə dönüş planının ilkin addımları atılıb, rəhbər heyətdə dəyişikliklər edilib və biznes üç əsas istiqamətə bölünüb: ödəniş həlləri və "PayPal"; “Venmo”nun da daxil olduğu istehlakçı maliyyə xidmətləri; ödəniş xidmətləri və kriptovalyuta.

Bir ay sonra Lores sərmayəçilərə bildirib ki, "PayPal" yenidən əsas fəaliyyət istiqamətlərinə fokuslanacaq və “yenidən texnologiya şirkətinə çevrilməyi” planlaşdırır.

Şirkətin dönüş planına xərclərin azaldılması tədbirləri də daxildir. Gözlənilir ki, işçi qüvvəsi qarşıdakı iki-üç il ərzində 20 faiz azaldılacaq.

"PayPal" 1998-ci ildə Piter Til (Peter Thiel), İlon Mask (Elon Musk), Maks Levçin (Max Levchin), Luk Nosek (Luke Nosek) və digər şəxslər tərəfindən təsis edilib. Şirkət son illərdə çətinliklərlə üzləşib. Pandemiya dövründə sürətlə böyüsə də, sonradan elektron ticarət bazarında rəqabətin güclənməsi onun fəaliyyətinə təzyiq göstərib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri