Icma.az
close
up
RU
Paytaxt ilə məhdudlaşan ölkə və onun əliaçıq bank sistemi... Kreditlərin 70 faizdən çoxu Bakıda verilir

Paytaxt ilə məhdudlaşan ölkə və onun əliaçıq bank sistemi... Kreditlərin 70 faizdən çoxu Bakıda verilir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın yükünün dayanmadan artması təzə xəbər deyil. Kəndlərin sürətlə boşalması da. İllərdir Bakıda yaşayanların sayının yalnız çoxalması müşahidə edilir. Azı 10 kriteriya sadalamaq olar ki, ölkə əhalisinin yarıdan çoxunun paytaxtda toplaşmasını sübut etsin. Kəndlərdə məktəblərin bağlanması gündəmə gəlib. Bir neçə müəssisəni birləşdirməkdən başqa yol qalmadığı bildirilir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan banklarının milli valyutada verilmiş cəmi kredit portfeli 22,5 milyard manata çatıb. Kreditlərin də böyük hissəsi paytaxtda verilirmiş. Milli valyutada verilmiş cəmi kredit portfelinin 74 faizə qədəri Bakının payına düşür. Bu, paytaxtın həm əhali, həm də iqtisadi fəallıq baxımından ölkə həyatında necə böyük yer tutmasını göstəricisidir.

Sumqayıtda Bakıdan 23 dəfə az kredit verilib. Gəncədə, Naxçıvanda, Abşeron rayonunda da oxşar göstəricilərdir. Yəni az-çox paytaxtda insanlar hansısa iqtisadi addımlar atmaq haqqında düşünürlər. Bölgələrdə bu barədə çox fikirləşə də bilmirlər. Ayrı-ayrı rayonlardakı kredit həsminin Bakı ilə müqayisəsindən heç danışmağa dəyməz.

Düzdür, fərq problemli kreditlərdə də diqqət çəkir. Amma bu məsələdə hökumətin açıqladığı rəqəmlərlə bankların statistikası fərqlənir. Maliyyə müəssisələri xeyli böyük pulları geri ala bilmədiklərini açıqlayır. Rəsmi statistika isə guya zamanla vəziyyətin yaxşılaşdığını demək istəyir.

Ölkə iqtisadiyyatının çox böyük hissəsi, 95 faizə qədəri Abşeron yarımadası və bura ətrafında formalaşır. Dövlət büdcəsinin 90, ixracatın isə daha böyük hissəsi paytaxtın və yaxın ərazilərin üzərinə düşür.

Orta aylıq nominal əməkhaqqı siyahısı da göstərir ki, bölgələrdə vəziyyət yaxşı deyil. Xeyli rayonda göstərici 600 manata çatmır. Amma ölkədəki ümumi göstəricinin 1000 manata çatmasından fəxlər danışırıq. Heç kimə sirr deyil ki, bölgələrdə insanlar çox aşağı gəlirə möhtac qalırlar. Gerçək işsizlik səviyyəsi də yüksəkdir. Barmaqla sayılacaq sayda işlək müəssisə nəzərə çarpır.

Ölkədə elə təəssürat var ki, az-çox həyat əlamətləri yalnız paytaxtda görünür. Proses getdikcə daha dözülməz hal alır. Problemin həlli üçün real, səmərəli addımlar atılmır, ümumi ifadələr isə bir işə yaramır.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri