Icma.az
close
up
RU
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub

Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub

Newscenter.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub.


Paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Bu barədə Newscenter.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.
İlk müşavirələr paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.
Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar.
Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.
Mehman Mehdiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://newscenter.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see122

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see116

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see116

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see116

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see115

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see115

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see114

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see114

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see114

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see113

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see113

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see113

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see113

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see112

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see112

Türk dünyası bütövləşir BAXIŞ BUCAĞI

10 Fevral 2025 18:17see112

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see106

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see106

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see105

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri