Icma.az
close
up
RU
Paytaxt regionunun inkişafında keyfiyyətcə yeni mərhələ ŞƏRH

Paytaxt regionunun inkişafında keyfiyyətcə yeni mərhələ ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə qəbul olunan “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” paytaxt regionunun inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Uzun illər ərzində Bakı və Abşeron yarımadası əhalinin sürətli artımı, urbanizasiya və sənayeləşmə fonunda su və kanalizasiya baxımından ciddi çətinliklərlə üzləşmişdir. Bu problemlərin mərhələli deyil, kompleks şəkildə həll edilməsi artıq tarixi zərurətə çevrilmişdi.

Proqramın əsas üstünlüklərindən biri onun uzunmüddətli və sistemli xarakter daşımasıdır. 2035-ci ilə qədər nəzərdə tutulan tədbirlər təkcə cari çatışmazlıqları aradan qaldırmağa deyil, gələcək onilliklər üçün dayanıqlı model yaratmağa hesablanıb. Proqram çərçivəsində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və 64 yaşayış məntəqəsinin su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması planlaşdırılır. Fasiləsiz içməli su ilə təmin olunan əhalinin payının 70 faizdən 95 faizə çatdırılması şəhər mühitində gündəlik həyat keyfiyyətinə birbaşa təsir edəcək amildir. Xüsusi diqqət yetirilən məsələlərdən biri su itkilərinin azaldılmasıdır. Hazırda 40–45 faiz səviyyəsində olan itkilər faktiki olaraq mövcud ehtiyatların yarısına yaxınının səmərəsiz istifadəsi deməkdir. Sayğaclaşdırmanın 100 faizə çatdırılması, magistral və paylayıcı şəbəkələrin yenilənməsi bu problemi köklü şəkildə həll etməyə yönəlib. Bu yanaşma göstərir ki, proqram yalnız yeni mənbələr yaratmaqla kifayətlənmir, eyni zamanda mövcud resursların rasional idarə olunmasını əsas prioritet kimi müəyyən edir.

Şəhər sakinlərinin gündəlik həyatında ən çox narahatlıq yaradan məsələlərdən biri də leysan yağışları zamanı yaranan problemlərdir. Kanalizasiya sisteminin zəifliyi səbəbindən nəqliyyatın iflic olması, küçə və həyətlərin su altında qalması artıq Bakının xroniki problemlərindən birinə çevrilmişdi. Dövlət Proqramı çərçivəsində Bakının 30 əsas küçəsində yeni yağış suları kollektor şəbəkəsinin qurulması bu sahədə dönüş nöqtəsi ola bilər. Kanalizasiya xidməti ilə əhatə olunan əhalinin payının 50 faizdən 95 faizə çatdırılması isə şəhər infrastrukturu üçün fundamental dəyişiklik deməkdir.

Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Dövlət Proqramının mühüm komponentlərindən biri də ekoloji balansın qorunmasıdır. Dənizə buraxılan suların 100 faiz təmizlənməsi tələbi Xəzər dənizinin mühafizəsi baxımından strateji əhəmiyyət daşıyır. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və gücünün artırılması ekoloji risklərin azaldılmasına real töhfə verəcək. Bu, şəhər təsərrüfatı ilə ətraf mühit arasında balansın qorunmasına yönəlmiş məsuliyyətli yanaşmanın göstəricisidir. Nəticə etibarilə, bu proqram paytaxt regionunda yaşayış şəraitini köklü şəkildə dəyişəcək, şəhəri daha dayanıqlı, təhlükəsiz və yaşamaq üçün daha rahat məkana çevirəcək.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatını sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri