Icma.az
close
up
RU
Deyəsən, arzum Allahın “amin” dediyi günə düşüb...

Deyəsən, arzum Allahın “amin” dediyi günə düşüb...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“YouTube”dan Mark Eliyahunun “Journey” parçasını dinləyə-dinləyə Naxçıvan səfərimdən təəssürat yazımı yazmağa başlayıram. 

İlk təyyarə səyahətimi Avropanın hansısa ölkəsinə edəcəyimi düşünsəm də, hər şey xəyal etdiyimdən bir az fərqli baş verdi.

Bax burada deyirlər e, sən saydığını say, gör fələk nə sayır...

Bir həftə əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkil etdiyi səfər üçün noyabrın 5-i Naxçıvana ezama gedəcəyimi öyrənirəm. Deyəsən, təyyarə ilə səyahət tilsimini qırmışdım...

Naxçıvan deyilən zaman nədənsə ağlıma İordaniya düşür. Təsəvvürümə səhralıq ərazilər, qəhvəyi-qızılı rəngli qayalıqlar gəlir. Niyə belə olduğunu heç özüm də bilmirəm.

Azərbaycanın hər bölgəsi haqqında beynimdə müəyyən nələrsə canlandıra bilirəm, hətta heç vaxt getmədiyim - 6 il əvvəl işğaldan azad olunmuş Qarabağ barəsində də. Amma bircə Naxçıvandan başqa...

Bu şəhərin adı çəkildiyində xatirəmdə qalan yeganə şey məktəb vaxtı - may-iyun aylarında naxçıvanlı rəfiqəmin oradan gətirdiyi “çaqqala” (yetişməmiş kal ərik - red.) ilə Naxçıvan duzudur.

İşdəki həmkarlarımla ilk təyyarə səyahətimin necə olacağı barədə müzakirələr aparırıq. Hamı həyəcanlı olub-olmadığımı soruşur. Bəziləri də nə vaxtsa oraya etdikləri səfər haqqında danışır.

Gülümsəyirəm, həmin vaxt ürəyimdən bircə arzu keçir. Kaş may ayı olsa idi...

Noyabrın 5-i sübh tezdən Heydər Əliyev Beynəlxalq Aeroportuna doğru yola düşürəm. Biletimin pəncərə kənarına düşməsi üçün dua edirəm. Aeroporta çatıb, bütün proseslər tamamlandıqdan sonra nazirliyin əməkdaşları və media nümayəndələri ilə birgə gözlədiyimiz təxminən 2 saatın ardından təyyarəyə doğru gedirik. Biletimdəki nömrəyə baxıb oturacağımı axtarıram. Deyəsən, arzum Allahın “amin” dediyi günə düşüb...

Pəncərə kənarındakı yerimi alıram. Bakıdan Naxçıvana qədər olan uçuş saatımda bircə saniyə belə olsun gözümü pəncərədən ayırmıram. Quş kimi səmada süzülürük, əlimi atıb ağappaq buludları ovcuma almaq istəyirəm... Hər şey necə də kiçikdir, sanki, bütün şəhər, yollar, binalar layihə maketlərinə bənzəyir.

Təxminən 1 saat davam edən uçuşun ardından pilot Naxçıvana çatdığımızı və temperaturun 10 dərəcə olduğunu elan edir. Şəhər bizi yağışla qarşılayır. Arxadan kiminsə səsini eşidirəm: “Nənəm deyirdi ki, yağış ruzi-bərəkətdir”.

Səhər yeməyi yeyəcəyimiz “Nəqşicahan”a gedirik. Naxçıvan nemətlərinin yer aldığı süfrə adamın iştahını birə-beş artırır. Həmkarlarımızla birgə oturduğumuz masaya ƏƏSMN-in Naxçıvandakı əməkdaşları yaxınlaşır, bizimlə əyləşir. Ordubad və Şərurdan olan bu xanımlar bizə süfrədəki Naxçıvan yeməklərinin necə hazırlandığı barədə məlumat verir. Süfrəyə Naxçıvan “qavırması” gəlir. Qovrulmuş tikə ətlərin üzərindəki qayğanaq onların səhər yeməyi üçün maraqlı seçimidir. Təəccübümü gizlədə bilmir, belə ağır yeməyi səhər tezdən necə yediklərini soruşuram. Sən demə, təkcə səhər yox, digər öyünlərdə də bu yeməyi yeyirlər.

“Qavırma”nın ardınca gələn Ordubad qayğanağı isə həmişə dadı ilə ən çox maraqlandığım təamlardan olub. Heç vaxt yemədiyim, lakin sosial şəbəkələrdə dayanmadan qarşıma çıxan bu şirniyyat görünüşü və dadı ilə tamam fərqlənir. 10-12 ədəd yumurta, bol yağ və şərbətlə ərsəyə gələn Ordubad qayğanağı öz fərqli dadlı ilə bir az bamiyəni xatırladır. Amma nəzərə alın, dəhşətli dərəcədə şirin olan 2 çəngəl Ordubad qayğanağı 4 stəkan armudu çayla birgə əla gedir...

Səhər yeməyinin ardınca Naxçıvan Regional DOST Mərkəzi, həmçinin Sosial Reabilitasiya Müəssisəsinə yollanırıq. Mərkəz və müəssisə haqqında məlumat alır, yaşlılarla həmsöhbət oluruq. Bizi görüb kövrələn ahıl şəxslər öz həyat hekayələrini bölüşür, göz yaşlarını saxlaya bilmirlər. Müəssisənin giriş hissəsində diqqətimi buradakı yaşlıların əllə çəkilmiş fotosu çəkir. Yeni il günü süfrə arxasına yığışan və ailəsindən uzaq həmin günü qeyd edən yaşlılar... Üzlərindəki kədəri heç rəngli karandaşlar belə gizlədə bilməyib...

Sosial Reabilitasiya Müəssisəsindən ayrılırıq. Maraqlıdır ki, Naxçıvanda keçirdiyimiz bu bir neçə saat ərzində diqqətimi çəkən əsas məqamlardan biri şəhərin Bakı ilə müqayisədə çox səssiz olmasıdır. Bakının tıxacından uzaq boş avtomobil yolları, insanların az olduğu işıqlı və təmiz küçələr, boş ictimai nəqliyyatlar bir növ şəhərin sükutunu qoruyur...

Səfərimizin bir sonrakı dayanacağı isə Culfada yerləşən Əshab-ül Kəhf və ya Əshabi-Kəhf adlanan ziyarətgah olur. Yolboyu uzaqdan görünən bu mağara öz gözəlliyi ilə insanı valeh etməyə bəs edir. Bir neçə saat əvvəl kəsən yağış buraya gəlməyimiz ilə yenidən yağmağa başlayır. Temperatur çox aşağı olsa da, hava bizə əvvəldən edilən xəbərdarlıqda olduğu qədər soyuq deyil.

Avtobuslardan düşüb həmin mağaranın olduğu yerə doğru yaxınlaşırıq. Bura Şərqin ən böyük mağaralarından biridir. “Qurani Kərim”də də adıçəkilən Əshabi-Kəhfin mənası “mağara insanları” deməkdir. Uzun illər boyu insanların Allaha sığınıb inanc yeri olan ziyarətgahın girişində də böyük lövhədə “Kəhf Surəsi” yer alır. 

Pilləkənlərlə dağın başına - əsas yerə doğru çıxırıq. Yağış səngimək bilmir, yuxarıya çıxdıqca, elə bil, daha da artır. Hər pilləyə addım atdığım zaman, sanki, Tanrının dərgahına yaxınlaşıram. Anidən başımı qaldırıb göyün üzünə baxıram. Mənzərə möhtəşəmdir. Özüm də dəhşətə gəlirəm. Dörd bir yanım qəhvəyi-qızılı qayalıqlarla örtülüb. Elə bilirəm, sanki, İordaniyanın cənubunda yerləşən Petradayam. Azərbaycanın Petrası - Əshabi-Kəhf. Bura yüz illər boyu milyonlarca insanın duasına, göz yaşına, Tanrıya yalvarışlarına şahidlik edən məkandır. Çətinliklə də olsa, ən yuxarıya - qayanın başına qalxırıq. Kimi daş götürüb dilək tutur, həmin daşı mağaranın divarına yapışdırmağa çalışır, kimi də arzu diləyib mağaranın içərisində oturaraq damcının başına düşüb-düşmədiyini sınayır.

Rəngli şüşələrlə bəzədilmiş mozaik qapı diqqətimi çəkir, yaxınlaşıb açıram. İki böyük sıldırım qayanın ortasında, tavanı göy üzü olan namaz otağı imiş. Burada bütün bu batil inancları bir kənara qoyub Allaha dua etməklə yetinirəm.

Ən yuxarıya qalxmaq nə qədər çətin olub bir neçə saatımızı alsa da, düşmək bir o qədər də asan idi. Bu dəfə tək çətinlik ayaqlarımızın titrəməsi idi...

Əshabi-Kəhfdən sonra Heydər Əliyev Sarayında 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilən benefisiarların inklüziv konsert proqramını izlədikdən və daha 3 saatımızı Naxçıvanda keçirdikdən sonra Bakıya qayıtmaq vaxtı gəlib çatır.

Bu dəfə Naxçıvan Beynəlxalq Hava Limanı bizi yola salmağa hazırlaşır. Təyyarədəki yerlərimizə əyləşirik, zülmət qaranlıqda leysanla göyə qanadlanırıq... Naxçıvan bizi yağışla qarşılayıb elə yağışla da yola salır. 

Pəncərədən baxıram. Elə bilirəm tək düymə ilə şəhərin yolları, binaları olan layihə maketlərinin bütün işıqlarını yandırmışam...

Mədinə Useynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri