Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu fevralın 4-də "Cahan Sənaye Kompleksi" MMC-də olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov müəssisələrin fəaliyyəti ilə tanışlığı zamanı deyib.
Ceyhun Cəlilov qeyd edib ki, dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlar və investorlar üçün hüquqi bazanın daha əlverişli hala gətirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Qeyd olunub ki, son dövrlərdə iş adamlarının maliyyə resurslarına çıxışının genişləndirilməsi, güzəştli kredit mexanizmlərinin tətbiqi, istehsal və ixracyönümlü layihələrə dövlət dəstəyi regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.
1 yanvar 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi isə bu dəstək mexanizmlərinin ən mühüm tərkib hissələrindən biridir. Bura mənfəət (gəlir), əmlak, torpaq, ƏDV (sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənədi alan şəxslərin idxal əməliyyatlarına münasibətdə) və sadələşdirilmiş vergi üzrə güzəştlər daxildir. Bu qərar dövlət başçısının Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla, sahibkarlara öz bizneslərini genişləndirmək, yeni layihələr reallaşdırmaq və regionun iqtisadi inkişafına daha böyük töhfə vermək üçün geniş imkanlar yaradır.
"Cahan Holding"in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov müəssisələrin mövcud istehsal gücü, tətbiq edilən müasir texnoloji avadanlıqlar, istehsal olunan məhsullar, həyata keçirilən marketinq tədbirləri və xarici bazarlara ixrac imkanları barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verən "Cahan Sənaye Kompleksi" MMC uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verir.
Qeyd edilib ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Cahan Holdinq" Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Vüqar Abbasov bildirib ki, ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb. Ölkə başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Fevral 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















