Icma.az
close
up
RU
Paytaxt sakinlərinin diqqətinə TƏBİB məlumat yaydı

Paytaxt sakinlərinin diqqətinə TƏBİB məlumat yaydı

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq.

Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb: Sezar pizza

"Tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb".

Qurumdan verilən məlumatda qeyd edilib ki, tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib:

"Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb. WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub".

TƏBİB-dən bildirilib ki, bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib:

"Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib".

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 May 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri