Paytaxtda direktor təyinatı NARAZILIĞA SƏBƏB OLDU: Müəllimlər dərsə girməkdən imtina ediblər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın 147 nömrəli texniki və humanitar fənlər liseyində müəllimlər dərsə girməkdən imtina ediblər.
Oxu.Az xəbər verir ki, buna səbəb liseyə yeni direktorun təyin olunması olub.
Belə ki, sözügedən məktəbdə direktor əvəzi kimi fəaliyyət göstərən Vüsalə adlı müəllimənin dövründə məktəbin göstəriciləri yaxşılaşıb, məhz bu səbəbdən müəllimlər bir anda direktor təyinatını qəbul edə bilməyiblər. Kütləvi narazılıq ifadə etmək məqsədilə müəllimlər dərsə girməkdən imtina ediblər.
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən 147 nömrəli texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Kəmalə Bayram qızı Şahmirova təyin edilib. Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.
Aygün Mirakif
Baxış sayı:63
Bu xəbər 03 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















