Icma.az
close
up
RU
Paytaxtda “Məktəbli avtobusları” layihəsinə start verilib

Paytaxtda “Məktəbli avtobusları” layihəsinə start verilib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xidmət məmnunluq doğurur, qiymət isə birmənalı qarşılanmır

Oktyabrın 1-dən etibarən ölkəmizdə məktəbli avtobusları fəaliyyətə başlayıb. 1250-dən çox şagirdi əhatə edən pilot layihədə əsas məqsəd valideynlərin övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını aradan qaldırmaqdır. Bu məqsədlə "2 School" startap şirkəti vasitəsilə layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərir. Bu xidmətdən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunur. Bəs görəsən, qiymətlər bütün valideynlər üçün münasibdirmi?

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq olunub. Dövlət Proqramında Bakının nəqliyyat sıxlığına təsir edən halların aradan qaldırılması ilə yanaşı, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə məktəb avtobuslarından istifadənin təşkili də nəzərdə tutulub. Problemin həlli, ehtiyacların müəyyən olunması Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb.

Pilot layihə hələlik 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək. Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər. Layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonundakı 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir.

Layihənin həmtəsisçisi Orxan Abbasov bildirdi ki, artıq 1 200-dən çox şagird yeni xidmətə qoşulub:

– Məqsədimiz şəhərin mərkəzində və ətraf ərazilərdə uşaqların məktəbə çatdırılması problemini həll etməkdir. Bu problem uzun müddətdir var. Hazırda bu layihəni Elm və Təhsil Nazirliyinin dəstəyi ilə pilot mərhələ olaraq hələlik 11 seçilmiş məktəbdə gerçəkləşdiririk. Lakin gələn ilin sentyabr ayından etibarən daha genişmiqyaslı olmasını planlaşdırırıq.

Orxan Abbasov abunə haqqı ilə bağlı dedi ki, aylıq ödəniş 100 manatdan başlayaraq təyin olunub:

– Qiymət məsafədən aslı olaraq dəyişir. Aylıq ödəniş haqqı bazarda olan digər avtobus şirkətlərinin təklif etdiyi qiymətlərdən daha münasibdir. Çalışdıq ki, qiymətləri hər bir valideyn üçün mümkün qədər əlçatan edək. Valideynlərlə keçən ilin mart ayından etibarən bu mövzuda müzakirələr aparmışıq. Eyni məktəbdə bir neçə övladı təhsil alan valideynlərə, qazi və şəhid ailələrinə xüsusi güzəştlər tətbiq olunur. Qarşıdakı aylarda müəyyən endirimli kampaniyalar da nəzərdə tutulub. Xidmətimizlə bağlı hər hansı məlumatı öyrənmək üçün çağrı mərkəzimiz (*2220) fəaliyyət göstərir.

Orxan Abbasov əlavə olaraq qeyd etdi ki, bizim üçün ilk növbədə əsas prioritet uşaqların təhlükəsizliyinin təmin olunmasıdır. Bunun üçün sürücülərimizi işə götürərkən, ilk növbədə, onların iş təcrübəsinə baxılır. Daha sonra isə sağlamlıq məlumatları, qan nümunələri və s. yoxlanılır. Nəqliyyat vasitələrimiz hər həftə texniki baxışdan keçirilir. Eyni zamanda avtomobillərin hər birində təhlükəsizlik kəmərləri var. Sistemdə CCTV/GPS izləmə mexanizmləri tətbiq olunub ki, bu vasitəsilə valideynlər avtobusun yerini izləyə və uşağın yeri barədə bildirişlər ala bilərlər.

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, paytaxtın mərkəzi hissələrində yerləşən məktəblərdə valideynlərin, sürücülərin, onların yaxınlarının nəqliyyat vasitəsilə məktəbə gəlməsi ətrafda tıxaca, sıxlığın yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün də müvafiq proqram təsdiq edildi. Bu yöndə məktəblilərin ümumi avtobuslarla gedib-gəlməsi olduqca müsbət haldır:

– Yeni tədris ili başlayandan Bakıda səhər saatlarında və dərs bitdikdən sonra yollarda sıxlıq, tıxac müşahidə olunur. Bəzən insanlar dəqiqələrlə tıxacda qalmalı olurlar. Xüsusən də səhər saatlarında yollarda vəziyyət çətinləşir. Bunun əsas səbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi bu yükü azaldacaq, yollar nisbətən daha az yüklənəcək. Nəticədə də nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının da qarşısını alacaq. Xüsusən də dərs saatlarında məktəblərin yerləşdiyi ərazilərdə, küçələrdə çox sıxlıq olur. Məktəb avtobuslarının fəaliyyətə başlaması valideynlərin işini xeyli asanlaşdıracaq. Valideyn həm vaxtına, həm də büdcəsinə qənaət edəcək. Mövcud vəziyyətdə bəzi ailələr övladlarını taksi ilə məktəbə aparmalı olur ki, bu da əlavə maliyyə yükü yaradır.

Prosesi yaxından izləmək üçün yolumuzu Səbail rayonunda yerləşən 6 nömrəli məktəbdən saldıq. Öyrəndik ki, daşınmanı uşaqların giriş-çıxış saatlarından asılı olaraq 30-dan çox mikroavtobus həyata keçirir və proses xüsusi koordinatorlar vasitəsilə tənzimlənir. Valideynlərin əksəriyyəti bu təşəbbüsü dəstəkləsələr də, narazılıq bildirənlər də oldu. Onlardan bəziləri isə bu xidmətdən istifadə etmədiklərini, övladlarını məktəbə şəxsi avtomobilləri ilə aparıb-gətirdiklərini söylədilər.

Valideynlərdən Gülnar Abbasova bu təşəbbüsün uşaqların təhlükəsizliyi baxımından da əlverişli olduğunu bildirdi, lakin aylıq abunə haqqının bahalığından şikayətləndi:

– Övladımı məktəbə aparıb-gətirmək üçün nəqliyyat xidmətinə ayda 80-100 manat civarında pul xərcləyirəm. Amma yeni məktəb avtobuslarında qiymətlər 200 manatdan yüksəkdir, bu isə ikiqat bahadır, ailə büdcəmiz buna yetmir.

Təhminə Eyvazova isə layihənin uşaqların dərsə davamiyyəti baxımından əhəmiyyətli olduğunu söylədi:

– Bu addım uşaqlarımızın məktəbə vaxtında çatması və biz valideynlərin iş yükünün, məsuliyyətinin azaldılması baxımından təqdirəlayiqdir.

Adilə İsayeva qiymətlə bağlı narazılıq etdi:

– 5-10 kilometrlik məsafəyə bir ay aparıb-gətirmək üçün 180 manat ödəniş tələb edilir. Bu da taksi xidmətlərinin qiymətinə bərabərdir, aylıq ailə büdcəmizi aşır. Düşünürəm ki, aylıq abunə haqqında müəyyən endirim edilsə daha yaxşı olar.

Səkinə Cəfərova isə bildirdi ki, məktəbli avtobuslarının fəaliyyəti uşaqların sosiallaşması baxımından da çox əhəmiyyətlidir:

– Uşaqlar məktəbli avtobusunda yoldaşları ilə birlikdə məktəbə gedib qayıdacaqlar. Yolboyu dərslərlə bağlı intellektual söhbət edib, bir-biriləri ilə qarşılıqlı fikir mübadiləsi aparacaqlar. Bu da onların sosiallaşmasına daha çox kömək edəcək.

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, məktəb avtobusları müxtəlif formalarda fəaliyyət göstərir. Bəzi ölkələrdə bu xidmətlər dövlət tərəfindən təmin olunursa, bəzilərində özəl məktəblər və şirkətlər məsuliyyət daşıyır. ABŞ-da bu xidmət bütün şagirdlər üçün pulsuzdur və dövlət büdcəsindən maliyyələşir. Türkiyədə xidmət özəl şirkətlər tərəfindən idarə olunur, amma qiymətlər dövlət tərəfindən tənzimlənir. Almaniyada isə məktəbli daşımalarını regional bələdiyyələr maliyyələşdirir, valideynlər üçün əlavə yük minimal olur.

Bu nümunələr göstərir ki, uzunmüddətli perspektivdə ölkəmizdə də qiymətlər tənzimlənərsə, aztəminatlı ailələrə subsidiyalar və güzəştlər tətbiq edilərsə, layihə davamlı şəkildə genişlənər, maddi cəhətdən hər kəs üçün əlçatan ola və kütləviləşə bilər.

Elenora HƏSƏNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:346
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri