Icma.az
close
up
RU
Paytaxtda oxumaq ailələr üçün ağır yükə çevrilib Sosioloq

Paytaxtda oxumaq ailələr üçün ağır yükə çevrilib Sosioloq

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhsil haqları, tələbələrin sosial durumu nəzərə alınmaqla müəyyən edilməlidir

İnkişaf etmək və ölkənin parlak simasına çevrilmək hər bir gəncin arzusudur. Bunu həyata keçirmək üçün uzanan yollar Ali təhsilə söykənir. Lakin universitet və kolleclərin təhsil haqları ilə sosial durumu aşağı olan əhalinin gəlirləri arasında uçurum qədər fərq var.

Çox vaxt övladları ödənişli əsaslarla qəbul olan valideynlər təhsil haqqını ödəmək üçün banklara müraciət etmək məcburiyyətində qalırlar. Tələbə və valideynlərin ən çox şikayətləndiyi məsələ təhsil haqqının məbləğinin yüksək olmasıdır. Ötən ilin statistik göstəriciləri də bunu bir daha sübut edir. Statistikaya görə, Azərbaycanda təxminən 13 min tələbə universitet və kolleclərdən xaric edilib. Onların arasında akademik borca görə xaric edilənlər də var. Amma minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi, davamiyyət problemi yaşadığı və müxtəlif sosial səbəblərlə təhsildən uzaq düşüb. Məsələnin ən ağır tərəfi odur ki, məhz həmin dövr ərzində 200 tələbə həyatını itirib.

Mövzu ilə bağlı sosioloq Nailə İsmayılova Sherg.az-a bildirib ki, tələbənin yaşadığı maddi çətinliklər onlara tələbəlik illərini istədikləri kimi yaşamağa imkan vermir:

“Bəzən ödənişli əsaslarla oxuyan tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi üçün təhsilini yarımçıq qoyur. Xüsusilə bölgələrdən gələn tələbələrin paytaxtdakı yaşayış xərcləri və təhsil haqları ailə büdcəsinə ağırlıq gətirir. Maddi durumu çətinləşən valideynlər övladlarını təhsildən ayırmaq məcburiyyətində qalırlar. Əgər ailənin sosial durumu imkan vermirsə, ödənişli təhsil üçün nəzərdə tutulan pulu israf etməkdənsə, hazırlaşıb növbəti ildə imtahan verməyi daha məqbul hesab edirəm”. 

Sosioloqun sözlərinə görə, universitetlərdəki təhsil haqları, tələbələrin sosial durumu nəzərə alınmaqla müəyyən edilməlidir:

“Bu mövzuda geniş ictimai dinləmələr keçirilməlidir. Bir dəfə tələblərlə baş tutan görüşdə sorğu keçirdik. Onların əksəriyyəti yarımştat iş tapmaqda çətinlik çəkdiklərini bildirmişdilər. Tələbələrə bu cür imkanların yaradılması ilə bağlı təkliflər irəli sürdüm. Mənim tələbə olduğum dönəmdə axşam şöbəsi var idi. Tələbə gündüz işləyir, axşam isə oxuyurdu. Bu da onun ailə vəziyyətinə və özünə çox böyük maddi dəstək olurdu. Onların peşələrinə uyğun yarımştat işlə təmin olunması, universiteti bitirənə qədər ixtisaslarını praktiki baxımdan mənimsəmələrinə şərait yaradacaq”. 

N.İsmayılova onu da qeyd edib ki, tələbələrin təcrübə qazanmaları üçün lazımi şərait yoxdur: 

“Tələbələrin gileyləndiyi əsas məsələlərdən biri də təcrübəyə cəlb olunma prosesidir. Hazırda onların təhsillərini bitirib əmək bazarına qədəm qoyanda qarşılaşdıqları ilk sual, ixtisasları üzrə iş təcrübəsinin olub-olmaması ilə bağlıdır. Aydın məsələdir ki, 1-ci kurs tələbələrin dərsə və mühitə adaptasiya dövrüdür. Lakin növbəti kurslarda tələbələrin praktiki təcrübə qazanması üçün imkanlar yaradılmalıdır. Bu proses elə tənzimlənməlidir ki, tələbə həm ixtisası üzrə təcrübə toplasın, həm də, qismən də olsa, ödənişlə təmin edilsin. Çünki həmin müəssisəyə gedib-gəlmək tələbələr üçün əlavə nəqliyyat xərcləri deməkdir. Subyektiv fikrimin Elm və Təhsil Nazirliyi tərəfindən necə qarşılanacağı haqqında heç nə deyə bilmərəm”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri