Icma.az
close
up
RU
Paytaxtdan əyalətə təbrik...

Paytaxtdan əyalətə təbrik...

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Elşən Əzim- 50
Həyatda heç zaman görüşməmişik, amma “Facebook” sosial platformasında necə deyərlər, vertual dostuq. Əgər insanlar bu platforma vasitəsi ilə tanış olub, sonradan vahid ailəyə çevrilə bilirlirsə, niyə də bu dostluğa biganə qalmalıyıq? Axı, dostluq adamdan diqqət tələb edir. Elə bu diqqətlə də onun haqqında məlumat toplamağa çalışdım. Xülasə, bu dəfə sizə “Facebook”dakı şair dostlarımdan biri haqqında danışmaq istəyirəm. Axı, onun 50 yaşı tamam olur...
Müsahibələrinin birində deyir ki: “Şeir yazmağa Kəlbəcərdə yaşadığım vaxtlardan başlamışam. İlk şeirlərimi hələ ibtidai təhsilimi alarkən çəkdiyim şəkillərin altında yazırdım. O vaxt da indiki kimi təbiət peyzajları çəkirdim, yazdığım şeirlər də təbiətlə bağlı olurdu. Artıq altıncı sinifdə oxuyanda qafiyəsi, hecası yerli-yerində olan qoşmalar, gəraylılar yaza bilirdim. Yəqin ki, Kəlbəcərdə olsaydım, indi də şeirimin ovqatı, ruhu bambaşqa olardı. Çünki Kəlbəcərdə yazılan şeirlərin bir ayrı nəfəsi, ruhu, fərqli intonasiyası, ritorikası olurdu. Əlbəttə, mənim də şeirlərim daha çox kəlbəcərli idi. Ancaq onu dəqiq bilirəm ki, bu illəri doğma yurdumda yaşasaydım belə Kəlbəcər aşıq şeiri ənənəsi ilə məhdudlaşmazdım...”
Atası ədəbiyyat müəllimi olub. Oğlunu hər zaman ciddi ədəbiyyata yönəldib. Mütaliəsinə ciddi fikir verib, bəzi toyxana şeirlərinin təsirinə düşməkdən çəkindirib. Hər iki valideyni ədəbiyyatçı olduğundan daim “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarına, “Ədəbiyyat və incəsənət” qəzetinə abunə olublar. Evlərində zəngin kitabxana vardı. Bütün bunlar onun ədəbi zövqünün formalaşmasında böyük rol oynayıb...
“Hərbi xidmətdə olduğum illərdə də şeir yazırdım, hətta bakılı, şamaxılı uşaqlara qoşulub meyxana da deyirdim. Yaradıcılığımın ən romantik, ən kövrək dövrü Gəncədə keçirdiyim tələbəlik illəri ilə bağlıdır. Mingəçevirdəki yaradıcılıq fəaliyyətimdə də bir çox uğurlarım olub. 1999-cu ildə Mingəçevirdə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı açıldı. O vaxtdan sonra şəhərdə ədəbi mühit canlanmağa başladı. 1997-ci ildən paytaxt mətbuatında çap olunmağa başlasam da, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının açılışından sonra bu prosses daha da sürətləndi. Bu illər ərzində 3 şeir kitabım nəşr olundu, ölkədə və ölkə xaricində bir sıra tədbirlərə qatıldım. Bir sözlə, ədəbi aləmdə və xalq arasında şair kimi tanınmağım Mingəçevirdə yaşadığım illərlə bağlıdır. Dünya Gənc Türk Yazarlar Birliyinə üzv olmağım isə mənim üçün Türk dünyasının ədəbi həyatına bir açılım rolu oynadı.”- söyləyir.
Təvazökar, təmkinli, incə qəlbli və xeyirxah insandır. Yaxşı danışmağı var, özünə qiymət verməyi bacarır. Cəmiyyəti sevir, cəmiyyət də onu sevir. Kübar məclislərini xoşlayır. Bəlkə də, bu onun öz kübarlığından irəli gəlir. Adətən özündən çıxmır, sakit və soyuqqanlıdır. Kövrək ürəyi var. Adi bir səbəbdən ağlaya, lakin tez də ovuna bilər. Mühafizəkardır, həyatını sarsıda bilən, gərginlik yaradan hər şeyə nifrət edir. Odur ki, rahatlığa və təhlükəsizliyə can atır. Hərtərəfli götür-qoy etmədən bir addım da atmır. Ehtiyatlı olduğuna görə, ona heyran qalanlar da az deyil. Diribaş və çevikdir, ona etibar edən adam heç vaxt büdrəməz. Baxışlarında isə bir müəmma var, insanları sehirləməyi bacarır...
Rəsmi məlumatlara görə, o, 28 avqust 1975-ci ildə, amma “Facebook”dakı səhifəsində göstərilir ki, iyulun 11-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dünyaya gəlib. İlk dəfə 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində ikinci ali təhsilə yuyələnib. 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru olub, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis edərək ona rəhbərlik edib. Hazırda Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur...
Deyir ki:- “Azərbaycanda hər zaman sənətin bütün növlərində bölgə-paytaxt fərqi hiss olunub. İndi sosial şəbəkələrin olduğu, çap olunmağın çətin olmadığı dövrdə bu fərq elə də nəzərə çarpmasa da, dəqiq fikir verdikdə çox qayğıların olması göz önünə gəlir. Bölgədə yaşayan sənət adamlarına bir növ həvəskar kimi baxılır. Doğrudur, mən bu fikirlə razı deyiləm, öz yaradıcılığımla belə düşüncələri alt-üst etməyə çalışıram, bəzən müvəffəq oluram da. Ancaq yenə də müəyyən çətinliklərin olduğu danılmazdır. Bölgədə yaşayan ədəbiyyat adamlarının iş yerləri ədəbiyyatla, sənətlə bağlı olmadığından bəzən prossedən kənarda qalırlar. Ancaq bir məsələ də var ki, paytaxtda yaşayan şair və yazıçılar da ədəbiyyatla dolana bilmirlər, kitablarının satışı ilə maddi vəziyyətlərini sabit saxlamağı bacarmırlar, müxtəlif sahələrdə çalışırlar, ən yaxşı halda jurnalist kimi, redaktor kimi, tərcüməçi kimi fəaliyyət göstərirlər. Və ya bölgədə yaşayanlar da təqaüd alır, kitab nəşr etdirir, ciddi ədəbi mediada çap olunur və s. Deməli o qədər də böyük fərqimiz yoxdur.”
Doğru deyir, məkan fərqi ola bilər, amma əsl poeziya nümunəsi kənddə yaransa belə, böyük şəhərləri fəth etməyi bacarır. O qədər kənddə yaşayıb şöhrəti dünyanı dolaşan qələm adamları olub ki…
Nə isə, haqqında söhbət açdığım şair Elşən Əzimin “Facebook” səhifəsində göstərilən ad gününün dürüstlüyünə inansaq, iyulun 11-i onun 50 yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik edirəm!
Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see294

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see275

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see262

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see261

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see260

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see247

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see246

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see234

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see232

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see230

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see229

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see227

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see225

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see212

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see212

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see212

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see212

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see198

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see184

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri