Icma.az
close
up
RU
Paytaxtımızın qonağı: Sovet avtosənayesinin incilərini görmək xoş oldu

Paytaxtımızın qonağı: Sovet avtosənayesinin incilərini görmək xoş oldu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Düz Bakının mərkəzində belə bir sərgi bizim üçün sürpriz oldu, əlbəttə ki, sovet avtosənayesinin incilərini görmək isə zövqümüzü oxşadı".

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Vladimir vilayətindən ölkəmizə dincəlməyə gələn Mixail Xaritonov paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində keçirilən klassik avtomobillərin sərgisini ziyarət edərkən bildirib.

Rusiyalı qonaq onun vətənində istehsal edilən klassik maşınları görməsindən şad olduğunu gizlətməyib:

"Burada atamın sürdüyü QAZ-21 modelini də gördüm, özümün vaxtilə sürdüyüm "Moskvich"i də. Ümumiyyətlə, sərgidə nümayiş olunan sovet maşınları çox gözəl, səliqəli idi, hiss olunur ki, sahibləri onları necə saxlayıblar, nazları ilə oynayıblar. Belə maşınlar xüsusi qulluq tələb edirlər".

Artıq 4 gündür Bakıda olan qonaq həyat yoldaşı ilə şəhər gəzintisinə çıxdığını və belə bir sərgiyə rast gəldiyini bildirib:

"İnsanlarınız çox mehribandırlar, Bakıda ən çox bəyəndiyim bu oldu. Dil, ünsiyyət problemi yoxdur, gördük hamı bu küçəyə axın edir, biz də insanların arxasına düşüb gəldik və belə bir sərgini kəşf etdik.

Dedilər ki, sabah davamı da olacaq, biz sabah da gələcəyik. Əlbəttə, həm zaman keçirmək üçün, həm nostalji hisslər yaşamaq üçün, həm də müasir maşınları görüb heyrətlənmək üçün belə sərgi çox faydalıdır".

Qeyd edək ki, bu gün başlayan sərgi sabah sürət avtomobillərinin nümayişi ilə davam edəcək.

Rəhim Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri