Paytaxtın 45 məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 26 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 45 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 10, 19, 44, 64, 87, 88, 97, 117, 120, 123, 138, 142, 166, 172, 171,179, 181,185, 194, 208, 209, 213, 228, 234, 262, 265, 266, 274, 293, 301, 302, 306, 318, 321, 327, 329, 201, 143, 242, 24, 297, 116, 146, 119, 259 nömrəli məktəblərdə peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Şagirdlərə ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindən biridir.
Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2019-2020-ci tədris ilində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb. Layihə X-XI sinif şagirdləri üçün nəzərdə tutulub. Peşə təmayüllü siniflərdə 4 profil üzrə (İKT, kənd təsərrüfatı, xidmət, təmir-tikinti) peşə ixtisasları tədris edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 26 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















