Paytaxtın bu ərazilərində minib düşmə yerləri yaradıldı SİYAHI
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Həmin yerlərin siyahısını təqdim edirik:
Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,
Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,
Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,
Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,
Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının,
Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın,
Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.
Bizim.Media
Baxış sayı:206
Bu xəbər 15 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















