Icma.az
close
up
RU
Paytaxtın “butulka effektli” yolları Problemdən çıxış yolu nədir?

Paytaxtın “butulka effektli” yolları Problemdən çıxış yolu nədir?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Deputat Hikmət Babaoğlu bu məsələdə mövqeyini bildirib, amma problemin dərinliyini tam olaraq qiymətləndirə bilməyib. Əslində baxsaq, Bakı şəhərində yaranan tıxac probleminin kökündə ölkənin sosial problemləri, qayğıları dayanır. Bakının, xüsusən Bakıətrafı kəndlərin həddən artıq yüklənməsi, əhalinin kəndlərdən paytaxta axın etməsi, eyni zamanda şəhər daxilində insanların daha çox nəqliyyat vasitələri ilə fəaliyyət göstərməsi təbii ki, problemin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə paytaxtın normadan artıq nəqliyyat vasitələri ilə yüklənməsi bu problemin səbəblərinin ən başlıcasıdır”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, deputatın “butulka effekti” nəticəsində tıxacların yaranması ilə bağlı fikirləri doğrudur:

“Doğrudur, Hikmət Babaoğlu bəzi məqamları düzgün vurğulayıb ki, “butulka effekti” tıxacların yaranmasına səbəb olur. 20 Yanvar dairəsində ümumiyyətlə “butulka effekti” yoxdur və ora olduqca geniş dairədir. Sadəcə olaraq, nəqliyyat vasitələri bu dairədə həddən artıq yüklənib. Çünki Sumqayıtdan və qərb rayonlarından Bakıya daxil olan avtomobillərin 90 faizi 20 Yanvar dairəsindən keçir. “Şamaxinka” deyilən ərazidə “butulka effekti” yaradan bir yeraltı keçid var. Bakı-Sumqayıt yolu çoxsayılı zolaqlarla gəlir və Bakı Beynəlxalq Avtovağzalından Yasamal və dairəvi yol istiqamətində ayrılır. Bu hal isə yolun daralması ilə nəticələnir və paytaxta daxil olan nəqliyyat vasitələri 2 zolaqlı tunelə daxil olur. “Butulka effekti” məhz burada var. Amma “butulka effekti”nin mahiyyəti nədən ibarətdir? Bu ifadə ona şamil olunur ki, nəqliyyat vasitələri 5 zolaqlı yol infrastrukturunda hərəkət edir və birdən-birə hansısa bir məsafədə 2 yaxud 3 zolaqlı yola keçid edir. “Butulka effekti” budur”. pizza mizza

İlqar Hüseynli vurğulayıb ki, paytaxtda alternativ nəqliyyat sistemlərinin quraşdırılmasına ciddi ehtiyac var:

“Əgər şəhərin infrastruktur imkanları buna imkan yaradarsa, yol genişləndirmələri mümkün olarsa, problemin qismən aradan qaldırılmasına kömək edə bilər. Məsələn, Babək prospektinin bəzi yerlərində dönüb qayıtma nöqtələri var və bu bəzi hallarda tıxacların yaranmasına şərait yaradır. Babək və Heydər Əliyev prospektləri kifayət qədər sürətli və enli prosepektlərdir. Biz şəhərin bir neçə istiqamətində müxtəlif konstruksiyalı yol ötürücülərinin tikilməsinə nail olmalıyıq. Metro stansiyalarının sayı artırılmalıdır. Eyni zamanda metrobus və tramvayların tətbiqi də Bakı üçün unikal variant olar”.

Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) parlamentin ötən həftə baş tutan plenar iclasındakı çıxışında bildirib ki, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur: 

“Paytaxtda “butulka effekti” yaradan dar boğazlar problemi var. Belə ünvanlardan biri 20 Yanvar dairəsi, digəri Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsi, üçüncüsü isə Koroğlu körpüsünün ətrafıdır”. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri