Icma.az
close
up
RU
Problemdən yeganə çıxış yolu məktəblərin nizamnaməsinin qəbul edilməsidir ŞƏRH EDİLDİ

Problemdən yeganə çıxış yolu məktəblərin nizamnaməsinin qəbul edilməsidir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Məktəblərdə şagirdlərin nizam-intizam qaydaları, şagirdlərin geyim forması və sair bütün bunlar qanunvericiliklə tənzimlənməlidir". Bu sözləri SİA-ya danışan təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, ən əsası da məktəblərin öz nizamnaməsi ilə tənzimlənməlidir: "Müstəqilliyimizin 34-cü ilidir. Hələ də bizim ümumtəhsil məktəblərimizin nizamnaməsi yoxdur. Orada da göstərilməyib ki, şagird, müəllim necə geyinməlidir. Düzdür, şagirdlərin geyim forması haqqında Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 saylı qərarı var. Amma orada saç düzümü və digər məsələlərlə bağlı heç nə yoxdur.

Bu gün məktəblərdə yuxarı sinif şagirdlərinin, hətta 7-8-ci sinif şagirdlərinin makiyajdan istifadə etməsi, bu kimi hallar var. Getdikcə də artmaqdadır. Bunun yeganə yolu məktəblərin nizamnaməsinin qəbul edilməsidir. Hər bir məktəbin nizamnaməsində şagirdin davranış tərzindən tutmuş geyiminə qədər, o cümlədən də saç düzümü, makyaj, digər məsələlər öz həllini tapa bilər. Nəticə etibarilə övladını məktəbə verən valideyn yazılı öhdəlik götürür ki, övladı həmin məktəbdə oxuduğu müddətdə məktəbin nizamnaməsinin tələblərinə əməl edəcək. Nə qədər ki məktəblərin nizamnaməsi yoxdur, bu problemlər olacaq. Çox təəssüflər olsun ki, keçən 34 il ərzində 10-dan yuxarı nazir dəyişmişik. Bu nazirlərin heç birinin yadına düşməyib. İndiki nazirin də yadına düşmür. Yadına salırıq da faydası yoxdur. İstənilən məsələ nizamnamə əsasında fəaliyyət göstərməlidir. Xüsusilə də, təlim-tərbiyə müəssisəsində nizamnamənin olması şərtdir. Çox təəssüf olsun ki, nizamnamə bilərəkdən qəbul edilmir. Bu da məktəblərin nizamsız idarə olunması, bu və ya digər problemlərin adi hala çevrilməsi üçün şərait yaradır. Problemdən yeganə çıxış yolu məktəblərin nizamnaməsinin qəbul edilməsidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri