Icma.az
close
up
RU
Paytaxtla regionlar arasındakı iqtisadi fərq azalacaq

Paytaxtla regionlar arasındakı iqtisadi fərq azalacaq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;



Məqsəd bölgələrdə daha çox iş yerlərinin yaradılmasına nail olmaqdır


“Dövlət Proqramlarının qəbul edilməsi və icra olunması daha sistemli tədbirlərin reallaşması və bütövlükdə dəstəyin sistemləşməsinə, ünvanlılığın artmasına imkan yaradacaq”


Baş nazir Əli Əsədov Milli Məclisdə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramı hazırlanacaq. Baş nazirin sözlərinə görə, sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur. Əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir. Həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün 150 milyon manat vəsait ayrılacaq. Baş nazir əlavə edib ki, Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatı yerinə yetirilir. Baş nazir deyib ki, Naxçıvanda bu gün qaz təminatı 100 faizdir: “Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”. 

Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Prezident İlham Əliyev vaxtaşırı rayonlara səfər edir və yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də bölgələrin inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır. Üzləşilən çətinliklərin aradan qaldırılması üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır. Ölkə rəhbəri fəaliyyətinin bütün mərhələlərində bölgələrdə insanların rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib. Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər nəticəsində isə regionlarda iqtisadi fəallıq getdikcə artıb. Belə şərait isə özəl sahələrdə yeni iş yerlərinin davamlı artımını şərtləndirib. Nəticədə iqtisadiyyatda qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının payı 74 faizi ötüb. İqtisadi artım işgüzar fəallığın və sahibkarların sayının da ildən-ilə artmasına səbəb olub. 

Regionların dinamik inkişafında sənaye parkları və zonalarının yaradılması ilə yeni mərhələ başlanıb. Hazırda Azərbaycanın iqtisadi zonalarında 7 milyard manatdan çox investisiya layihəsi ilə 138 sahibkarlıq subyekti rezident statusu alıb. Ölkəmizdə 7 sənaye parkının (Sumqayıt, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye rayonunun (Hacıqabul, Neftçala, Masallı, Sabirabad və Şərur) uğurlu fəaliyyəti təmin edilib. Respublikanın 6 sənaye zonasında indiyədək 6 milyard manat investisiya qoyulub və 11 mindən çox daimi iş yeri açılıb. Növbəti mərhələdə sənaye zonalarındakı mövcud layihələrə 864 milyon manat sərmayə yatırılacağı və 6 min 700-dən çox daimi iş yerinin fəaliyyətə başlayacağı planlaşdırılıb. Sənaye 0zonalarında 11,1 milyard manat dəyərində məhsul istehsal olunub ki, onun 3,6 milyard manat hissəsi isə ixrac edilib. 

İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa-quruculuq prosesinə infrastruktur layihələrindən başlanılıb. Hazırda düşməndən təmizlənən ərazilərdə infrastruktur layihələri uğurla icra edilir. Dəmir və avtomobil yollarının çəkilişi, elektrik enerjisi, su təchizatı məsələləri, meliorativ tədbirlərlə bağlı layihələr reallaşdırılır. Qısa müddətdə salınan “ağıllı yaşayış sahələri”ndə - Ağalı, Talış, Zabux kəndlərində, Laçın və Füzuli şəhərlərində məskunlaşdırma davam etdirilir. Hava limanları fəaliyyətdədir. Müasir beynəlxalq standartlar əsasında istifadəyə verilən aeroportlar nəinki iqtisadi, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu daha da gücləndirir. Ən diqqətçəkən məqam isə Azərbaycan dövlətinin bütün bu və ya digər layihələrin həyata keçirilməsinə çəkdiyi xərcləri daxili imkanlar hesabına reallaşdırmasıdır.

Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. 


Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az"a deyib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan iqtisadiyyatında dayanıqlı və balanslı iqtisadi inkişafın möhkəmlənməsi baxımından prioritetdir. Deputatın sözlərinə görə, əvvəlki dövrlərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramları regionlarda infrastrukturun formalaşması və inkişafına zəmin yaradırdı:

seeBaxış sayı:263
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri