Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Paytaxtlar və maraqlı məlumatlar

Paytaxtlar və maraqlı məlumatlar

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu mətn dünyanın müxtəlif ölkələrinin paytaxtları haqqında maraqlı, az bilinən və diqqət çəkən məqamlardan bəhs edir.

1. London

Planetimizdə başlanğıc meridianının keçdiyi yer - yəni 0 nöqtəsi İngiltərənin paytaxtı Londondadır. "Niyə İngiltərə və London" sualının cavabı isə meridianları ingilislərin kəşf etməsidir. Dünyada 0º 0′ 0″ şərq/qərb uzunluğunda olduğu qəbul edilən yer isə Londondakı Qrinviç məhəlləsidir.

2. Paris

Fransanın paytaxtı Parisin qurulduğu dövrdəki adı Lutetia imiş. Paris adını isə əvvəllər bölgədə yaşayan Kelt tayfası “Parisii”dən alıb. Sözün mənası "əməklə məşğul olan insanlar, sənətkarlar" deməkdir. Maraqlı fakt isə odur ki, dünyada Paris adını daşıyan təxminən 40 yer mövcuddur.

3. Tokio

Yaponiyanın paytaxtı Edo… Dəqiq desək, 1868-ci ilə qədər belə adlandırılırdı. Sonra bu ad “şərq paytaxtı” mənasını verən Tokio ilə əvəz olunmuşdur. Edo adlanan zaman bir balıqçı kəndi olan Tokio bu gün dünyanın ən çox əhalisi olan şəhəridir. 38 milyondan çox sakini olan şəhərin Şibuyadakı məşhur piyada keçidindən bir vaxtda keçən insanların sayı təxminən 3 mindir.

4. Lüksemburq

"Yanlış yazılıb, Lüksemburq əslində bir ölkədir" deyə bilərsiniz. Qismən də doğrudur. Qərbi Avropanın kiçik əraziyə malik dövləti Lüksemburqun paytaxtı da Lüksemburqdur. Üstəlik, belə bir fərqliliyə malik tək ölkə Lüksemburq deyil; Monako, Əlcəzair, Sinqapur, Tunis və Vatikanın da paytaxtları öz adları ilə eynidir.

5. Kito

"Planetimizin dəniz səviyyəsindən ən yüksəkdə yerləşən paytaxtı hansıdır?" sualına cavab olaraq, 2,850 metr yüksəklikdə yerləşən, Ekvadorun paytaxtı Kito deyə bilərik. Amma bəzi mənbələrdə ən yüksək paytaxt kimi Boliviyanın 3,600 metr yüksəklikdə yerləşən paytaxtı La Paz göstərilir. Lakin iki paytaxtı olan ölkədə Sukre qanuni paytaxt, La Paz isə regional paytaxtdır. Buna görə də ən yüksək paytaxt mövzusu müzakirəyə açıq qalır.

6. Lefkoşa

Coğrafi olaraq Kipr adasının tam mərkəzində yerləşən Lefkoşa şəhəri həm Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtıdır, həm də Cənubi Kipr Yunan İdarəsi tərəfindən paytaxt olaraq qəbul edilir. Yaşıl xətt adlanan sərhədlə iki hissəyə bölünən şəhərin şimal hissəsi Şimali Kipr Türk Cümhuriyyətinin nəzarətindədir.

7. Keyptaun

Səyahət baxımından dünyada məşhur olan, Cənubi Afrikanın ən qədim şəhəri, yerli xalqın dediyi kimi "Ana şəhər" Keyptaun, ölkənin paytaxtıdır, amma yalnız yaşayış paytaxtıdır. Çünki Cənubi Afrika Cümhuriyyətinin ümumilikdə üç paytaxtı var: biri inzibati paytaxt olan Pretoriya, digəri isə məhkəmə paytaxtı olan Bloemfonteindir.

“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” nümayiş etdirilir 31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir? “Tərsinə kölgələr” Kazan Beynəlxalq Film Festivalında
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri