Icma.az
close
up
RU
Bu 6 naziri nə birləşdirir? Maraqlı məlumatlar

Bu 6 naziri nə birləşdirir? Maraqlı məlumatlar

Icma.az bildirir, Moderator.az portalına istinadən.

İxtisasca hüquqşünas olan şəxslərin Azərbaycan hökumətində təmsilçiliyi son illər xeyli artıb. Təkcə nazirlər deyil, komitə sədrləri arasında da hüquqşünaslar var.

Hüquq təhsili almış ən stajlı hökumət üzvü iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. O, 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.

Fotoda: Mikayıl Cabbarov

Ölkənin baş diplomatı Ceyhun Bayramov da hüquq ixtisası üzrə bakalavr təhsili alıb. Nazir Azərbaycan Universitetinin hüquq fakültəsinin məzunudur.

Fotoda: Ceyhun Bayramov

Daxili işlər naziri Vilayət Eyvazov da hüquqşünasdır. 58 yaşlı nazir 2000-ci ildə Daxili İşlər nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirib.

Fotoda: Vilayət Eyvazov

Karyerası gənc yaşlarında parlayan, 29 yaşında İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri təyin edilən Sahil Babayev də ixtisasca hüquqşünas olan hökumət üzvlərinin siyahısında yer alır. 46 yaşlı nazir Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Sahil Babayev hüquq üzrə fəlsəfə doktorudur.

Fotoda: Sahil Babayev

Sahil Babayevin xələfi Anar Əliyev də hüquqşünasdır. Anar Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bakalavr, 2002-ci ildə magistr dərəcəsi ilə tamamlayıb. O, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Fotoda: Anar Əliyev

Prezident İlham Əliyevin Sərəncamı ilə fevralın 10-da ekologiya və təbii sərvətlər naziri təyin olunan Rəşad İsmayılov da hüquqşünasdır. Rəşad İsmayılov Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

Fotoda: Rəşad İsmayılov

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də ixtisasca hüquqşünasdır. Rövşən Rzayev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.

Fotoda: Rövşən Rzayev

Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri