Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Pediatr: Azərbaycanda qurd xəstəlikləri çox geniş yayılıb

Pediatr: Azərbaycanda qurd xəstəlikləri çox geniş yayılıb

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə naziri Oqtay Şirəliyev "Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə" əmr imzalayıb. Sənəd "Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya"ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Əmrə əsasən, 15 oktyabr-15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Modern.az qurd xəstəliklərilə bağlı yaranmış suallarla pediatr Vaqif Qarayevə müraciət edib. Həmin müsahibəni təqdim edirik:

- Doktor, valideynin hansı halda övladında qurd olduğuna dair şübhələri əsaslı ola bilər?

- Uşaq iştahsızdırsa, yuxusu pisdirsə, narahat yatırsa, qarnında, əsasən də göbəyinin ətrafında vaxtaşırı sancılar olursa, səbəbsiz səpkilər, qaşınmalar yaranıbsa, xüsusilə axşam saatlarında tam sakit vaxtında yanını qaşıyırsa, xüsusilə qız uşaqlarında həddindən çox sidiyə getmələr varsa, qurddan şübəhələnmək olar. Qurd olan uşaqların rəngi əsasən solğun olur, el dilində desək "yediyi canına yatmır". Eyni zamanda, qurd olan uşaqlar yatarkən ağzından su gəlir, yaxud ağız ətrafında ağ yapışıq olur, dişlərini qıcıyır, dırnaqlarını yeyir, oynaqlarında ağrı yaranır, tez yorulur, məktəb yaşlı uşaqlarda diqqətsizlik müşahidə edilir. Sadaladıqlarım bir neçə qurdun tez-tez rast gəlinən əlamətlərdir və bunu müşahidə edən valideyn mütləq həkimə müraciət etməlidir.

- Əminliklə demək olarmı ki, bu əlamətlər olan uşaqlarda mütləq qurd var?

- Əlbəttə yox. Bu istiqamətdəki əlamətləri əsas götürüb mütləq şəkildə qurd var demək düzgün deyil. Məsələn, dişlərin qıcanması təkcə qurd əlaməti deyil, əsəblə bağlı da ola bilər. Yaxud uşağın süd dişlərini tökməsindən sonra çıxan dişlərin əyri olması ilə də bağlı ola bilər. Çünki diş damaqlarda düzgün oturmayanda uşaqda qıcıq yaranır. Ağızdan su gəlirsə də, burda yalnız qurd axtarmaq doğru olmaz. Bəlkə uşağın mədə-bağırsağında müəyyən problem var. Ona görə də diaqnozu yalnız həkim qoya bilər. Kiçik yaşlı və əsəbi uşaqlar dırnaqlarını, barmağını yeyir. Bu zərərli vərdiş də ola bilər.

- Həkimlərə müraciət zamanı bir neçə növ müayinə metodları tətbiq edilir: nəcisin analizi, qanın analizi. Bununla yanaşı, bütün növ qurdları təyin etdiyi iddia olunan müasir aparat... Bu metodlardan hansı daha etibarlıdır?

- Həkim nəcisdə qurdun yumurtasını axtarır. Mikroskopun altında həmin qurdun hansı növə aid olduğunu təyin edir. Amma qurdun inkişafının etapları var. Əgər valideyn, qurd yumurta qoyan etapda nəcis analizi veribsə, həkim orada heç nə tapa bilməyəcək. Valideynlərin ən çox rast gəlinən şikayəti budur ki, qurdu gözümlə görsəm də, nəcis analizində çıxmayıb. Bir məsələ var ki, gözlə gördüyün şeyi yoxlatmağın mənası yoxdur. Sadəcə valideyn gördüyü qurdun hansı növə aid olduğunu müəyyən edə bilməz, sadəcə təsvir edə bilər. Qan analizi isə qanda antitelləri, yəni qurdun hansı növünün olmasını müəyyən etməyə kömək edir. Bu üsul daha informativdir. Burada prosesin kəskin yoxsa xroniki olmasını müəyyən edirik. O həkimə imkan verir ki, müalicə üsulunu müəyyən edə bilsin. Doğrudur, heç bir analiz vermədən qurdu müəyyən edən və müalicə üsulunu seçən bir aparat çıxıb. Guya aparat özü diaqnoz qoyur və diaqnoza uyğun da müalicə təyin edir. Mən deyərdim ki, valideynlər bu cür aparatlara inanmasınlar. Az qala hər gün valideynlərdən eşidirəm ki, "aparatda yoxlatdırdım heç nə çıxmadı", yaxud "çıxdı, müalicə etdirdim, xeyri də olmadı" və s.

- Son vaxtlar uşaqlarda daha çox hansı qurdlara rast gəlinir?

- Son vaxtlar lyambliya qurdu həddindən artıq çoxalıb. Əksər analizlərdə çıxır. Amma bir məsələni diqqətinizə çatdırım ki, qurdun xroniki forması analizdə çıxıb, amma kliniki əlamətləri yoxdursa, analizin cavabına görə müalicə yazmağın mənası yoxdur. Xroniki proses dedikdə, qurdun nə vaxtsa həmin orqanizmdə olduğu anlamına gəlir.

- Müalicə tətbiq edildikdən neçə müddət sonra effektiv nəticə əldə oluna bilər? Ümumiyyətlə, müalicə ilə qurdun tamamilə aradan qaldırılması mümkündürmü?

- Müalicənin effektivliyinin təxminən 70-80 faizi gigiyenik qaydalara əməl olunmasından asılıdır.

- Gigiyenik qaydalar dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- Ümumiyyətlə, bütün uşaqlar ayrı-ayrı yatmalıdır. Ailə məsələsidir, anlayıram, bəzi hallarda bu, yer problem olur. Ailənin bir üzvündə qurd aşkarlanıbsa, digər üzvlər də müalicə almalıdır. Bu çox vacibdir. İkincisi, bir yerdə yatan iki uşağın birində qurd var, digərində yoxdursa, mütləq ikinciyə də yoluxacaq. Bu yataq, alt paltarından keçə bilər. Ona görə ayrı yatmalıdırlar. Bu, mütləqdir. Qurda görə müalicə alan şəxsin yataq dəsti ən azı iki gündən bir dəyişdirilməlidir. Özü də paltaryuyan maşında yuyulmamalıdır, dədə-baba qaydası ilə vedrədə qaynadılmalıdır. Biz qurdu dərman pereparatları ilə əridirik, boğuruq və s. amma geyimdə, yataqda yumurtaları qalır. Həmin yataqla təmas zamanı uşaq yenidən qurda yoluxur. Alt paltarları mütləq şəkildə qaynadılmalıdır. Xüsusən qız uşaqlarının alt paltarı gündə iki dəfə dəyişdirilməlidir. Alt paltarı yuyulub, qurudulduqdan sonra isti ütü ilə ütülənib geyindirilməlidir. Bu da çox vacibdir. Həmçinin, dırnaqlar kəsilməlidir. Bundan başqa, uşağın torpaqla təması dayandırılmalıdır. Çünki qurd yumurtaları daha çox torpaqda olur. Ev şəraitində olan uşaqlarda sadaladıqlarıma riayət etmək olur. Amma bağçaya, məktəbə gedəndə çətinlik yaranır. Müalicə alan uşaq bağça, məktəbdəki uşaqlarla kontaktda olur və təkrar yoluxma ehtimalı yaranır. Qeyd etdiklərimə hamı riayət edə bilmir deyə, əksərən həkimlərdən narazıdırlar. Deyirlər "bu boyda dava-dərman elədim, xeyri olmadı". Bir də qidalanma zamanı meyvə-tərəvəz qaynanmış, axar su altında təkrar-təkrar yuyulmalıdır. Çünki qurdun yumurtaları göyərtidə, tərəvəzlərdə də çox olur.

- Bəzən valideynlər hətta özləri də həkimlik eşqinə düşür. Mütəxəssisə müraciət etmədən, qohum-qonşunun uşağına yazılan dərman pereparatlarından istifadə edirlər...

- Özünümüalicə qəbulolunmuazdır. Bu dərmanlar çox güclü təsirə malikdir. Doza həddinin aşılması digər orqanlara, xüsusilə qaraciyərə toksiki təsir göstərə bilər. Yaxud, hansısa aptekdə məsləhət görülən dərmandan istifadə etmək doğru deyil. Müalicə həkim tərəfindən təyin olunmalıdır. Özü də qurd xəstəliyində bir neçə kurs müalicə mütləqdir. Ona görə də "qonşu onu məsləhət gördü", "aptekdən bunu verdilər" yanaşması doğru deyil. Bəlkə də qonşu, qohum doğru məsləhət görür, amma məsuliyyət həkimdən keçir. Sabah hansısa neqativ halla qarşılaşanda qonşudan nə isə tələb edə bilmirsən ki, uşağım niyə sağalmır.

- Belə bir fikir var ki, əslində bütün insanların orqanizmində qurdlar var. Sadəcə bunun çox və ya az olması, zərərli və ya zərərsiz olması ayırd edilməlidir.

- Mən bunu qəbul etmirəm. Parazit başqa bir mikroorqanizmdir. O, insan orqanizmində hansı səbəbdən olmalıdır? Amma başqa məsələdir ki, bizim yaşadığımız mühitdə, torpaqda əmələ gələn məhsullarda qurd yumurtaları həddindən çoxdur. Ona görə belə fikir formalaşıb ki, guya hamıda qurd var. Əgər qurd varsa, niyə analizlərin nəticəsində hamıda qurd çıxmır? Mən həkim olaraq bu iddianı qəbul etmirəm.

- Sonda səhiyyə nazirinin dehelmintizasiya proqramının həyata keçirilməsi əmrilə bağlı fikirləriniz maraqlıdır. Əksəriyyət buna qeyri-ciddi yanaşır. Hətta "dərmanlarını sata bilmirlər deyə bu yola əl atırlar" fikirlərini səsləndirənlər də az deyil...

- Bəli, sosial şəbəkələrdə bu haqda yazılan status və rəyləri oxuyuram. Özü də bu rəyləri elə ciddi adamlar yazır ki, həkim olduğuma utanıram. Yaxşı bu nazir nə etsin?! Bəlkə nazir gəlib evlərdə sadaladığım gigiyenik məsələlərlə məşğul olmalıdır?! Sovet dövründə də icbari, məcburi müayinə və müalicələr tətbiq edilirdi. Nə deyirlərsə, ona əməl etmək lazımdır. Çünki qurd mərkəzi sinir sistemini zədələmək gücünə qadirdir. Qurd yerləşdiyi yerdə ciddi problemlər yaradır, uşağın əqli və fiziki inkişafına təsir edir. Hər halda nazirliyin bu addımı alqışa layiqdir və valideynlər buna tabe olmalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri