Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mövsümi keçidlər insan orqanizminə fiziki, həm də psixoloji təsir göstərir. Həkimlər "mövsümi keçidlər" dedikdə, iki əsas payız-qış və yaz-yay fəsillərinin dəyişməsini nəzərdə tuturlar".
Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova deyib.
O bildirib ki, hava temperaturunun kəskin dəyişməsi, soyuğa-istiyə uyğunlaşma immun sistemini həddindən artıq yükləyir, bu da soyuqdəymə və virus xəstəliklərinin artmasına gətirib çıxarır:
"Uşaqların immun sistemi böyüklərə nisbətən temperatur və rütubət dəyişikliklərinə qarşı daha həssasdır. Günəş işığının artıb və ya azalması, öz növbəsində insanlarda sirkad ritmlərini (bioloji saatlar və ya bioritmlər) kobud şəkildə pozur, bu da yuxu çatışmazlığına, orqanizm üçün sistemli stressə səbəb olur.
Payız-qış aylarında uşaqlar arasında virus infeksiyaların artımı birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil. Əsasən bağça və məktəblilər arasında bu kimi xəstəliklər daha çox yayılır. Bu da, onunla bağlıdır ki, yay fəslində havaların isti keçməsi nəticəsində virusların aktivliyi azalır və bu kateqoriyadan olan uşaqlar tətildə olur. Payız fəslində isə virusların aktivliyində yüksəliş baş verir, eyni zamanda uşaqlar bu aylarda əsasən qapalı məkanlarda və toplaşmış halda olduqlarına görə, infeksiyon xəstəliklərin yoluxma halları artır".
Nuranə Hüseynova qeyd edib ki, mövsüm keçidlərində gün ərzində hava kəskin dəyişə bilər: "Uşağa bir qalın paltar yerinə, ehtiyac olduqda çıxarıla bilən bir neçə qat nazik və pambıq paltarların geyindirilməsi tövsiyyə olunur. Sintetik parçalardan qaçınmaq lazımdır. Rasiona C vitamini, sink və antioksidantlarla zəngin olan qida məhsulları (məsələn, sitrus meyvələri, brokkoli, balqabaq, nar) daxil etmək vacibdir.
Güclü immunitetin təməli keyfiyyətli yuxudur. Keçid dövründə uşağın hər gün eyni saatda yatmasına və yaş normasına uyğun (ən azı 9-11 saat) dincəlməsinə diqqət edilməlidir. Havalar soyuduqca uşaqlar daha az su içir. Lakin, bədənin viruslarla mübarizə apara bilməsi üçün selikli qişalar nəmli qalmalıdır. Bu məqsədlə, uşaqlara bol su, təbii şirələr və ilıq şorbalar verin. Bağça və məktəblərdə virusların yayılmasının qarşısını almaq üçün uşağa əllərini ən azı 20 saniyə sabunla yumağı öyrədin.
Evin havasını hər gün müntəzəm olaraq dəyişin. İstilənmə sistemləri işə düşdükdə, otağın havası quruyur, bu isə tənəffüs yollarını viruslara qarşı müdafiəsiz qoyur. Otaq rütubətini 40-60% arasında saxlayın.
Payız və qış aylarında günəş işığı azaldığı üçün uşağın D vitamini səviyyəsini yoxlayın. Uşaqda halsızlıq və ya burun axması başlayan kimi həkimlə məsləhətləşmədən ona antibiotik və ya güclü immunstimullaşdırıcı preparatlar verməyin. Ümumiyyətlə, həkim təyinatı olmadan uşaqlara dərman vasitələri verməkdən çəkinin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Noyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















