Icma.az
close
up
RU
Uşaqlara banka qoymaq olar? PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Uşaqlara banka qoymaq olar? PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır.

Mübaliğəsiz demək olar ki, qədimdən bəri əksər xəstəliklərdə müalicə vasitəsi kimi banka və xardaldan istifadə olunur, əsasən də soyuqdəymə zamanı. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.

Bəs görəsən banka qoymaq həqiqətənmi faydalıdır? Azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu? Kimlərə banka qoymaq qətiyyən olmaz? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.

Müasir tibb bankanı qəbul etmir

Həkim-pediatr Vaqif Qarayev deyir ki, müasir tibb banka və ya xardal kağızı qoymağı qəbul etmir: “Amma adət belədir ki, adi burun tutulmasında da, bel ağrısında da, topuğu ağrıyanda da banka qoyulur. Burada psixoloji inanmaq var. Əslində banka da, xardal da xalq təbabətinə aid olan bir şeydir”.

Mütəxəssis banka qoymağın tibbi izahını verərək bildirir ki, banka qoyanda yerli qan dövranı yaxşılaşır: “Banka dərini qıcıqlandırır və qan dövranını yaxşılaşdırır. Buna görə də əzələ, sinir ağrılarına kömək edə bilər. Amma bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq bir qüvvəyə malik deyil. Sadəcə dəriyə yüngül təsir edir. O mənada tibdə təsdiq olunan fikir odur ki, bankadan da, xardaldan da istifadə etmək düzgün deyil.

Amma bizdə hələ də bu vasitələrdən istifadə edirlər. Bu məsələdə məni ən çox narahat edən gənclərin bu xardala, bankaya meylli olmasıdır. Bu, qəbulolunmazdır. Bəzən baxırsan ki, boynundan büzdümünə qədər banka qoydurur. Tutaq ki, soyuqdəymə varsa, onu niyə bel nahiyəsinə qoyursan? Yaşlı nəsil də gəncləri banka qoymağa daha çox məcbur edir”.

2 yaşdan aşağı uşaqlara banka qoymaq olmaz

Həkim xəbərdarlıq edir ki, uşaqlara banka qoymaq qətiyyən olmaz: “Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı nə banka olar, nə də xardal. Bu, vəziyyəti daha da ağırlaşdıracaq. 2 yaşından aşağı uşaqlara isə ümumiyyətlə, banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır.

Özünümüalicə üçün banka və xardaldan istifadə etmək istəyənlər bu olmazlara mütləq diqqət yetirməlidirlər. Çünki bu olmazlara baxmadan banka qoymaq uşaqlarda vəziyyətin pisləşməsinə, narahatlığa səbəb olur. Böyüklərdə isə ürəyində problem olan, qan təzyiqi yüksək insanlara banka qoymaq olmaz. Çünki vəziyyəti ağırlaşdıracaq”.

Çirklənmiş qan anlayışı yoxdur

Banka qoyulduqdan sonra onun yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən həkim bunu belə izah edir: “Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Bu üsul əsasən Türkiyədə xalq arasında çox populyardır. Amma təbabət bunu da qəbul etmir. Çünki onun heç bir tibbi izahı yoxdur”.

Dərini zədələməsinlər, yandırmasınlar...

Banka qoyarkən hansısa bölgələrin daha çox qaralması bankanın düzgün qoyulmamasının göstəricisidir deyə V. Qarayev məlumat verir: “Yəni bankanın düzgün qoyulmasının da çox böyük əhəmiyyəti var. Mən deyirəm, banka olmaz, qadağandır.  Amma buna baxmayaraq, banka qoydurmaq istəyənlər bilsinlər ki, düzgün qoymaq lazımdır. Dərini zədələməsinlər, yandırmasınlar və sair. Bir də, uşaqlardakı olmazlarla böyüklərdəki olmazları nəzərə alsınlar. Yoxsa xeyrindən çox ziyanı olacaq. Bütün bunlara baxmayaraq, bir daha deyirəm ki, böyüklər özləri bilərlər, amma uşaqlara banka qoymaq qətiyyən olmaz”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri