Icma.az
close
up
RU
“Uşaqlar hər gün minimum 1 2 saat...” Pediatrdan valideynlərə ÇAĞIRIŞ

“Uşaqlar hər gün minimum 1 2 saat...” Pediatrdan valideynlərə ÇAĞIRIŞ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Birinci sinfə gedəcək uşaqlar üçün yeni tədris mühiti və yeni uyğunlaşma dövrü başlayır. Ümumiyyətlə, bu dövr birinci sinif uşaqlarının həyatında həm fiziki, həm də psixoloji baxımdan yeni mərhələ hesab olunur. Ona görə də bu dövrdə valideynlər daha diqqətli olmalıdırlar. Bu, həm valideynlər, həm də uşaqlar üçün xüsusi hazırlıq tələb edən mərhələdir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova səsləndirdi. Həkim qeyd etdi ki, uşaqların immun sistemini gücləndirməkdən daha çox, onların normal gündəlik rejiminin necə qurulmasına fikir vermək lazımdır:

“Əsas məsələ düzgün rejimin yaradılmasıdır. Çünki uşaqların orqanizmi intizamı və rejimi sevir. Yay aylarında, məktəbəqədər dövrdə uşaqlar tətil zamanı gec yatıb, gec oyanırdılar. Amma məktəbə başlamazdan əvvəl uşaqların yuxu rejimini yavaş-yavaş normaya salmaq lazımdır. Artıq məktəbin başlamasına az müddət qalıb. Birdən-birə, 15 sentyabrda uşağı tezdən yuxudan oyadıb məktəbə aparmaq uşaqlarda yorğunluğa səbəb ola bilər”.

Müsahibimizin sözlərinə görə, uşaqlar bu yeni rejimə öyrəşməkdə çətinlik çəkə bilərlər:

“Ona görə də yaxşı olar ki, uşaqları yavaş-yavaş, tədricən, pillə-pillə yeni rejimə öyrəşdirsinlər. Hər gün bir qədər tez yatmaq və yuxudan daha tez oyanmaqla, yuxu rejimini dəqiqə-dəqiqə qaydaya salmaq mümkündür. Bu, bir qədər zaman və səbr tələb edir, amma mümkünsüz deyil. Bir sözlə, yuxu rejimi çox önəmlidir. Amerika Pediatriya Akademiyasının meyarlarına əsasən, sağlam 6–12 yaşlı uşaqlar sutka ərzində 9–12 saat yatmalıdırlar. Yəni uşaq gec yatıb səhər tezdən oyanmamalıdır. Vaxtında yatıb, vaxtında yuxudan durmalıdır.

İkinci məsələ uşaqlarda immun sisteminin necə dəstəklənməsidir. İlk növbədə onu vurğulayım ki, məktəbə başlayan ilk dövrlərdə, xüsusilə də uşaq əvvəllər bağçaya getməyibsə, tez-tez xəstələnmə halları tamamilə normal hesab olunur. Çünki istər-istəməz uşaq kollektivə, yeni sosial mühitə daxil olur. Sıx təmas və qapalı məkanlar virus və bakteriyaların yayılması üçün əlverişli mühitdir”.

Pediatr bildirdi ki, uşaqlarda ilkin vaxtlarda tez-tez xəstələnmək tamamilə normal hesab olunur və bu, uşağın immunitetinin zəif olması demək deyil:

“Valideynlərin hər zaman soruşduğu məsələ isə immuniteti necə gücləndirməkdir. Bunun üçün biz hər zaman deyirik ki, xüsusi multivitaminlərin, dərmanların və immunomodulyatorların sübuta əsaslanan təbabətdə yeri yoxdur. Həqiqətən fayda verdiyinə dair kifayət qədər sübut olmadığı üçün ümumiyyətlə belə dərmanlardan uzaq durmalarını məsləhət görərdim. Yaxşı olar ki, uşağın ümumi sağlamlığı, fiziki sağlamlığı üçün lazım olan əsas şərtlərə diqqət yetirsinlər. Yəni uşağın düzgün, normal, sağlam və balanslı həyat tərzi olmalıdır. Əvvəldə qeyd etdiyim kimi, yuxu rejimi çox önəmlidir. Digər məsələ uşağın qidalanmasıdır. Qidalanma çox vacibdir. Valideynlər bəzən elə düşünürlər ki, mütləq şəkildə uşaqlara hər gün meyvə şirələri, müxtəlif qarışıqlar, məcunlar hazırlamaq lazımdır. Normal səhər yeməyi, nahar, gün ərzində uşağın ara öyünlərində və tənəffüslərdə lunchbox-una qoyulacaq sağlam qidalar kifayətdir. Fast-fooddan və zərərli qəlyanaltılardan uzaq, ev şəraitində hazırlanmış, normal zülallar, karbohidratlar və faydalı yağlarla zəngin qidalanma sağlam böyüyən uşağın fiziki inkişafı üçün çox önəmlidir. Birinci növbədə bunu vurğulamaq istərdim”.

Həmsöhbətimiz vurğuladı ki, dərslər başladığı üçün fiziki aktivliyi də azaltmaq olmaz:

“Uşaq səhərdən axşama qədər qapalı yerdə, evdə dərs oxumaqla vaxt keçirməməlidir. Çox vaxt valideynlər deyirlər ki, uşağın dərslərdən vaxtı olmur, havada vaxt keçirə bilmir və yaxud hər hansı idman növü ilə məşğul ola bilmir. Uşağın müxtəlif idman növləri ilə məşğul olması və bunu həyat tərzinin bir hissəsinə çevirməsi çox yaxşı olar. Amma mütləq şəkildə hər hansı idman növü ilə məşğul olması vacib deyil. Heç olmasa, uşaqların hər gün minimum 1–2 saat açıq havada aktiv fiziki fəaliyyətlə məşğul olmaları vacibdir. Hava soyuq olsa belə, soyuq havadan qorxmasınlar. Əksinə, isti havada qapalı mühitdə xəstəliklər daha tez yayılır. Açıq havada aktiv oyunlar və fiziki fəaliyyət uşaqların sağlamlığının əsas təməl daşlarından biridir. Digər vacib məsələ isə əl yuma vərdişlərinin uşaqlara aşılanmasıdır. Xüsusilə məktəblərdə, tualetdən sonra, tənəffüslərdə və yeməkdən əvvəl uşaqlara düzgün əl yuma qaydaları öyrədilməlidir. Bu da xəstəliklərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə birinci sinfə başlayan uşaqlarda bu vərdiş çox önəmlidir”.

Ş.Poluxova əlavə etdi ki, adaptasiya dövrünü daha rahat keçirmələri və immun sistemlərinin dəstəklənməsi üçün əsas təməl qaydalardan əlavə, peyvəndlərə də diqqət yetirmək lazımdır:

“Valideynlər peyvənd cədvəlinə baxmalı, pediatrik müayinələri axsatmamalıdırlar. Rutin pediatrik müayinələr, xüsusilə məktəbəqədər dövrdə, çox önəmlidir. Peyvənd cədvəlinə uyğun olaraq bütün peyvəndlər tamamlanmış olmalıdır. Eyni zamanda, mövsümi qrip peyvəndini də bir daha xatırlatmaq istəyirəm. Qripə qarşı vaksin müəyyən dərəcədə qoruyur və xəstəliyin daha yüngül keçməsinə kömək edir. Bütün bunları nəzərə almaq uşaqların bu dövrü daha rahat və yüngül keçirməsinə şərait yarada bilər”.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri