Icma.az
close
up
RU
Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin, 29 oktyabr, AZƏRTAC

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru professor Gao Qanqın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində görüşlər keçiriləcək, yeni anlaşma müqavilələri imzalanacaq.

Səfərin əsas məqsədi PXDU-da Azərbaycan dili ixtisasının tədrisinin inkişafı, iki ölkə arasında elm və təhsil əlaqələrinin dərinləşdirilməsi, tələbə və tədqiqatçıların mübadiləsi, ikili diplom proqramlarının təşkili, Azərbaycanda Çin dilinin tədrisinə dəstək və digər məsələləri müzakirə etməkdir. Səfər çərçivəsində prorektor Gao Qanqın Xəzər Universitetində mühazirəsi nəzərdə tutulub.

Nümayəndə heyətinə universitetin Asiya fakültəsinin dekanı professor Su Yinqyinq, təhsil ocağının Azərbaycan dili kafedrasının və ixtisasının təsisçi müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev daxildir.

Qeyd edək ki, Çin Təhsil Nazirliyinin 2015-ci ildə PXDU-da Azərbaycan dili ixtisasının yaradılmasıyla bağlı qərarına uyğun olaraq, bir il sonra Aqşin Əliyevin rəhbərliyi ilə kafedra təsis edilib. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək, Çinin ilk azərbaycanşünas kadrları olub. 2023-cü ildə yenidən Azərbaycan dili ixtisasına qəbul keçirilib. Hazırda 8 tələbə bakalavriat səviyyəndə Azərbaycan dili ixtisası üzrə təhsil alır. PXDU Xəzər Universieti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və digər qurumlarla sıx əməkdaşlıq edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri