Pekindən dünyaya mesaj? Çin yeni nüvə gücünü göstərdi VİDEO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin Silahlı Qüvvələri ilk dəfə olaraq havadan nüvə zərbəsi endirmək imkanlarını əks etdirən görüntülər yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "China Daily" məlumat yayıb.
Bildirilib ki, görüntülər Çin Media Korporasiyası tərəfindən "Weibo" sosial şəbəkəsində paylaşılıb.
Videoda nüvə başlığı daşımaq qabiliyyətinə malik "JL-1" raketi ilə təchiz edilmiş "Xian H-6N" strateji bombardmançı təyyarəsi əks olunub. Kadrlarda, həmçinin görünməzlik texnologiyasına malik iki "J-20" qırıcı təyyarəsi də yer alıb.
Qeyd edək ki, "JL-1" raketi ilk dəfə 2025-ci ilin sentyabrında Pekində keçirilən hərbi paradda ictimaiyyətə təqdim edilmişdi.
Pekin təlimlə bağlı əlavə məlumat açıqlamayıb. Təlimlərin nə vaxt keçirildiyi və hansı ad altında təşkil olunduğu da məlum deyil. Bildirilir ki, nüvə imkanlarının nümayişi digər ölkələrə mesaj xarakteri daşıya bilər.
Bununla belə, Çin nüvə silahından ilk istifadə etməmək siyasətinə sadiq qaldığını dəfələrlə bəyan edib.
Xatırladaq ki, indiyədək Çin yalnız qurudan buraxılan raket sistemlərini nümayiş etdirmişdi. Hazırkı nümayiş isə ölkənin nüvə üçlüyünün (quru, dəniz və hava komponentləri) hava komponentinin ilk açıq təqdimatı hesab olunur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Avqust 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















