Pəncəlinin qardaşına vəzifə verildi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, eyni zamanda, mərkəzin direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə olunub.
Qeyd edək ki, Famil Teymurov 2012-ci ildən şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində əvvəlcə müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanıb, 2017-2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb. Bundan əlavə, beş il müddətində Asxanakəran kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Noyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















