Icma.az
close
up
RU
Pendir, yoxsa yoqurt: Hansı orqanizm üçün daha faydalıdır?

Pendir, yoxsa yoqurt: Hansı orqanizm üçün daha faydalıdır?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar pendir böyük populyarlıq qazanıb. Uzun illər yalnız pəhriz saxlayanların qidası hesab edildikdən sonra yenidən sosial şəbəkələrin sevimlisinə çevrilib. Bununla yanaşı, yüksək zülal tərkibli məhsullara marağın artması fonunda yoqurtun populyarlığı da sabit olaraq qalır. 
Demokrat.az
xəbər verir ki, "Martha Stewart"a diyetoloqlardan bu iki süd məhsulundan hansının qida dəyəri baxımından üstün olduğunu öyrənib.
Nəşrin məlumatına görə, həm pendir, həm də yoqurt gündəlik süd məhsullarına olan tələbatı ödəyə bilər.
ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatlarına əsasən, gündə 2 000 kalori qəbul edən böyüklər və uşaqlar orqanizmi lazımi miqdarda kalsium və D vitamini ilə təmin etmək üçün gündə təxminən 3 stəkan süd məhsulu qəbul etməlidirlər.
Məsələn, bir stəkan az yağlı yoqurt bir porsiya, standart az yağlı pendir porsiyası isə təxminən yarım stəkan hesab olunur.
Diyetoloq Ceymi Mokun sözlərinə görə, zülal, yağ və karbohidratlara gəldikdə, yunan yoqurtu ilə pendirin tərkibi demək olar ki, eynidir.
Lakin bu məhsullar vitamin, mineral və probiotiklərin miqdarı baxımından fərqlənir.
Zülal
Diyetoloq Emi Devisin sözlərinə görə, pendir əsasən fermentləşdirilmiş süd və duzdan hazırlandığı üçün yüksəkkeyfiyyətli zülal mənbəyidir. O, tez və asan yeməklərin hazırlanmasında və gündəlik zülal ehtiyacının ödənilməsində əlverişli seçim ola bilər.
Məlumatlara görə, adi yoqurtun tərkibində təxminən 8-12 qram, yunan yoqurtunda isə 10-17 qram zülal olur. Yunan yoqurtu tamdəyərli zülal mənbəyidir və orqanizm üçün vacib olan doqquz əvəzolunmaz amin turşusunun hamısını ehtiva edir.
Vitaminlər və minerallar
Həm pendir, həm də yoqurt təxminən eyni miqdarda kalsium, kalium və B12 vitamini ehtiva edir. Bununla belə, yunan yoqurtu bu maddələrin bir qədər daha zəngin mənbəyidir.
Ceymi Mokun sözlərinə görə, əsas fərq natrium və maqneziumun miqdarındadır. Pendirdə yunan yoqurtu ilə müqayisədə təxminən doqquz dəfə çox natrium, iki dəfə az maqnezium var.
Belə ki, bir stəkan yunan yoqurtunda təxminən 75 milliqram natrium olduğu halda, eyni miqdarda pendirdə bu göstərici təxminən 680 milliqramdır.
Probiotiklər
Probiotiklər qidanın həzm olunmasına kömək edən canlı mikroorqanizmlərdir və bu baxımdan yoqurt əlavə üstünlüyə malik ola bilər.
Yoqurt və yunan yoqurtu həmişə kultivasiya və ya fermentasiya prosesindən keçir və turşulaşdırılır. Bu zaman südə süd şəkərini, yəni laktozanı süd turşusuna çevirən bakterial kulturalar əlavə edilir.
Ceymi Mok izah edib ki, yoqurt canlı və aktiv kulturalardan hazırlanır. Bu kulturalar təbii olaraq bağırsaq sağlamlığını dəstəkləyən probiotiklər ehtiva edir.
Sənaye üsulu ilə hazırlanan pendir isə ya kultivasiya və fermentasiyadan keçirilir, ya da turşulaşdırılır.
Yağlılıq
Məqalədə qeyd olunur ki, yüksək yağlı pendir adətən kremli konsistensiyaya və yağlı dada malik olur. Daha az yağlı məhsullar isə daha quru və kəskin dada malikdir.
Tam yağlı yoqurt da daha qatı və zəngin olur. Tərkibində 1 və ya 2 faiz yağ olan yoqurt isə daha duru, turşməzə dada malik ola və yağ azlığı səbəbindən ağızda təbaşirə bənzər hiss yarada bilər.
Nəşr yunan yoqurtunun qida dəyəri baxımından cüzi üstünlüyə malik olduğunu bildirir: onun tərkibində daha çox zülal və probiotik, daha az natrium var.
Məhsullara üstünlük verərkən həmişə az yağlı variantların daha yaxşı olduğu düşünülür. Lakin Ceymi Mokun sözlərinə görə, ən faydalı seçim insanın fərdi ehtiyac və məqsədlərindən asılıdır.
Onun fikrincə, yağsız və ya az yağlı məhsullar ümumi kalori və yağ qəbulunu azaltmaq istəyənlər üçün, xüsusilə arıqlamağa çalışan və ya yüksək xolesterinə nəzarət etmək məqsədilə ürək üçün sağlam qidalanma prinsiplərinə əməl edən insanlar üçün münasib seçimdir.
Emi Devis isə qeyd edib ki, pendir yoqurtu tam şəkildə əvəz edə bilməz, lakin rasionda hər iki məhsula yer var.
“Yunan yoqurtu qədər qidalı olmasa da, pendir yenə də əlverişli və toxluq hissi yaradan zülal mənbəyidir”, deyə diyetoloq bildirib.
Nəşrin məlumatına görə, yoqurt çoxfunksiyalı məhsuldur. O, souslara kremli tekstura verir, marinadlarda quş əti və əti yumşaldır, smuzi və souslara xoş dad qatır, həmçinin bişmiş məhsulların daha şirəli olmasına kömək edir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri