Pensiya alanlara ŞAD XƏBƏR
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Sfera.az-a DSMF-dən məlumat verilib.
Qeyd olunub ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

