Pensiya ilə bağlı mühüm xəbər
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Pensiya ilə bağlı mühüm xəbər
26 Noyabr 2024 18:29

