Icma.az
close
up
RU
Pensiya kapitalı ilə bağlı mühüm məlumat

Pensiya kapitalı ilə bağlı mühüm məlumat

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Bu günlərdə ciddi müzakirəyə səbəb olan mövzulardan biri vətəndaşların pensiya yaşına çatmazdan əvvəl, öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnu əldə edə bilməsi məsələsidir. Hətta, Milli Məclisin komitə iclasında da bu məsələ müzakirəyə çıxarılıb. Qeyd olunan sahədə tezliklə konkret bir mexanizmin ortaya qoyulacağı ümidi yaranıb.

Əlbəttə, vətəndaşların əmək müqaviləsi əsasında işlədikləri yerdə ödədikləri məcburi dövlət sosial sığorta haqqı hesabına yığdıqları pensiya kapitallarından pensiya yaşlarına çatmamışdan öncə istifadə edə bilmələri üçün müvafiq şəraitin yaradılması bir neçə aspektdən çox vacib məsələ sayılır. Yəni, onlar üçün bu hüquq tanınmağa məhkumdur.

Sual olunur, niyə?

Bunun bir neçə səbəbi var. Birincisi, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanılan vəsaitlərin məbləği hesab olduğundan stimulverici xarakter daşımalıdır. Belə ki, vətəndaşlar öz pensiya kapitalları yığımında maraqlı olmalı və bunun həcminin artımına səy göstərməlidirlər. Yəni, məcburi dövlət sosial sığorta haqqı ödənişinə həvəslə, məqsədli şəkildə yanaşmalıdırlar.

Bizdə belədirmi ? Xeyr.

Real olaraq, məcburi dövlət sosial sığorta haqqı ödənişi nəticəsində pensiya hüququ əldə edilənədək toplanılan pensiya kapitalı həcmindən yalnız həmin hüquq qazanıldıqdan sonra istifadəyə imkan verildiyindən ortada faktiki olaraq heç bir maraq və stimul qalmır və əslində, qalmağa əsas da olmur. Ən azı o səbəbdən ki, pensiya hüququ əldə etmək yaşı yüksəkdir, yəni 65 yaş təşkil edir.

Odur ki, fərdin ödədiyi məcburi dövlət sosial sığorta haqqı onun özündə maraq kəsb etməsi üçün pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılması ən vacib və stimullaşdırıcı üsul və vasitələrdən sayılır.

İkincisi, vətəndaşın öz pensiya kapitalından istifadə edə biləcəyi ümumiyyətlə, həmişə təminatlı xarakter daşımalıdır. Bu, çox mühüm amildir və ədalətli faktor hesab olunur. Yəni, hər hansı şəxs əgər müəyyən dövr ərzində işləyərək bu və ya digər məbləğdə pensiya kapitalı toplaya bilibsə ədalətli olan budur ki, həmin vəsait, məhz onun özü tərəfindən mənimsənilməlidir.

Misal üçün, səhhətində problem varsa bundan pensiya yaşına çıxmamış istifadə edə bilməli, əgər normal yaşayış şəraiti yoxdursa və bunu yaxşılaşdırmaq və yaxud da təmin etmək məqsədilə borca giribsə, bunu ödəmək üçün yararlanmalı, övladının və yaxud özünün ixtisas səviyyəsi və ya təhsili ilə bağlı maddi dəstəyə ehtiyacı varsa bundan ötrü həmin vəsaitdən xərcləməli və sair...

Ümumiyyətlə, sual olunur ki, hər hansı bir fərd tutaq ki, 25-30 illik əmək fəaliyyəti fonunda məcburi dövlət sosial sığorta haqqı ödənişi hesabına müəyyən məbləğdə pensiya kapitalı vəsaiti toplayıbsa, nəyə görə ondan məhz yalnız, pensiyaya çıxdıqdan, yəni 65 yaşı tamam olduqdan sonra yararlanmalıdır ?

Üçüncüsü isə, belə bir addımın atılması həm də ölkədə dayanıqlı, sağlam və oturuşmuş pensiya-sığorta sisteminin formalaşması və bu yolda islahatın həyata keçirilməsi prosesinin özü üçün də töhvə verə bilər ki, bu da mühüm cəhətdir. Bəli, məcburi dövlət sosial sığorta haqqı ödənişi hesabına pensiya kapitalı yığımı vətəndaşı əmək fəaliyyətini dayandırdıqdan sonra pensiya ilə təmin etmək üçündür.

Lakin seçim hər kəsin öz öhdəsinə buraxılsa, yaxşıdır.

Yeri gəlmişkən, 2019-cu ildən bəridir DSMF-ın büdcəsi təkmilləşir ki, bununla belə, hələ də dövlət büdcəsindən asılılıq vardır. Pensiya kapitalından istifadəyə imkan yaratmaqla, bu sahədə sosial sığorta ödənişlərinin sürətini və həcmini artırmaqla DSMF-ın büdcəsi də daha məqsədəuyğun həcmə gəlib çıxa bilər. Və o cümlədən, özəl pensiya fondlarının yaranması üçün də əlavə işıq ucu açılar.

Oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri