Icma.az
close
up
RU
“Pensiya kapitalından istifadə müddəti azaldılmalıdır” “Bir də 77 yaşında əldə edir...”

“Pensiya kapitalından istifadə müddəti azaldılmalıdır” “Bir də 77 yaşında əldə edir...”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin deputatı Vüqar Bayramov “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilərək işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddətinin qısaldılmasını təklif edib.

Deputatın sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası 6 ildən bir yenidən hesablanır. Bu zaman fərdi hesabın sığorta hissəsində toplanmış məcburi dövlət sosial sığorta haqlarının 90%-i pensiya kapitalı kimi nəzərə alınır.

Mövcud mexanizmə əsasən, pensiya artımı üçün formalaşan kapital 72 aya (144 aydan pensiya təyin edildikdən sonra işlənən aylar çıxılmaqla) bölünür və nəticə aylıq pensiyaya əlavə olunur. Bu isə faktiki olaraq pensiya artımının yalnız iki dəfə – hər 6 ildən bir baş verməsi deməkdir.

Bayramov qeyd edib ki, bu mexanizmə görə 65 yaşında pensiyaya çıxıb işləməyə davam edən şəxs ikinci pensiya artımını yalnız 77 yaşında əldə edir.

“Əksər inkişaf etmiş ölkələrdə işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddəti daha qısadır. Buna görə təklif edirik ki, pensiya artımı 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin”, – deputat bildirib.

Onun sözlərinə görə, bu dəyişiklik işləyən pensiyaçıların topladığı kapitaldan daha səmərəli istifadəyə, həmçinin pensiya məbləğlərinin daha erkən və daha çox artmasına imkan verə bilər.

Deputat vurğulayıb ki, Azərbaycanda işləyən pensiyaçıların sayı təxminən 190 min nəfərə yaxındır və təklif olunan dəyişiklik bu kateqoriyadan olan çoxsaylı vətəndaşların pensiya gəlirlərinin artımına səbəb ola bilər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri