Icma.az
close
up
RU
Pensiya və maaş artımlarını bu tarixdən ALA BİLƏCƏYİK

Pensiya və maaş artımlarını bu tarixdən ALA BİLƏCƏYİK

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ötən gün Prezidenti İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.

Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, builki paketin 3 milyon vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, bu, əvvəlki paketlərlə müqayisədə daha çox vətəndaşımızın sosial artımlardan faydalanması deməkdir:

“Eyni zamanda minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarına təsir göstərəcək. Bu təbii ki, sadəcə minimum səviyyədə əməkhaqqı alan vətəndaşlarımızın deyil, eyni zamanda vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artımlarla müşahidə olunacaq. Minimum pensiya ilə yanaşı həm də gələn aydan əmək pensiyalarının indeksləşdirilərək artırılması həyata keçiriləcək. Bu əmək pensiyası alan bütün vətəndaşlarımıza şamilolunacaq. Bu o deməkdir ki, indeksləşdirmə nəticəsində pensiya artımları 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və həmin vətəndaşların pensiyalarında artımlar müşahidə olunacaq”.

Millət vəkili bildirib ki, minimum əməkhaqqı və minimum pensiya üzrə artım yanvar ayından etibarən tətbiq olunacaq:

“Yəni gələn aydan minimum əməkhaqqı və minimum pensiya artırılır. Əmək pensiyalarının indeksləşdirilməsi da yanvar ayında nəzərdə tutulacaq. Amma əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirildiyi və 2024-cü il üçün yekun rəqəm fevralın əvvəlində elan olunduğu üçün vətəndaşlarımız əmək pensiyalarının indeksləşdirmə nəticəsində yanvar ayının artımlarını fevral ayının artımı ilə birlikdə alacaqlar”.

V.Bayramov sonda qeyd edib ki, müəllimlərin və eləcə də həkimlərin əməkhaqqları vahid tarif cədvəlinə uyğun deyil:

“Bu sektorlarda əməkhaqqı artımları müəyyənləşdirilən və tətbiq edilən keyfiyyət meyarlarına əsasən həyata keçirilir. Ona görə də təhsil sektorunda vahid tarif cədvəlinə uyğun əməkhaqqı alan daha çox texniki işçilərin maaşlarına minimum əməkhaqqının artırılması təsir göstərir. Amma müəllimlərimizin əməkhaqqı sertifikasiya nəticəsində həyata keçirilən artımlardır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri