Icma.az
close
up
RU
Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR 60 a endirilməsi...

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR 60 a endirilməsi...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının yuxarı olmasıdır. Xatırladaq ki, pensiya yaşının yüksəldilməsi prosesi 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliklərlə start götürüb. Həmin dəyişikliklərə əsasən, pensiya yaşı hər il 6 ay artırılmaqla tənzimlənməli idi. Kişilərlə bağlı artım prosesi 2021-ci ildə tamamlanıb və hazırda kişilər 65 yaşda pensiya hüququ əldə edirlər. Qadınlarda isə proses 60 yaşdan başlayıb və daha uzun müddət davam etdiyindən yalnız 2027-ci ildə qadınların da pensiya yaşı 65-ə çatacaq. Bununla da mövcud artım mərhələsi yekunlaşacaq.

Məlum olduğu kimi, bir sıra ölkələrdə pensiya yaşı 67-dir. Azərbaycanda isə hazırda müəyyən edilmiş 65 yaş həddi kifayət qədər yüksək hesab olunur. Ekspertlər bildirirlər ki, ölkədə orta ömür uzunluğu nisbətən aşağıdır və buna görə də gözlənilən pensiya dövrü qısadır.

Bəs Azərbaycanda pensiya yaşının 65-dən 60-a endirilməsi mümkündürmü? Yoxsa əksinə, gələcəkdə daha da artacaq?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Müsavat”a danışıb. İqtisadçı qeyd edib ki, dünya təcrübəsində pensiya yaşının müəyyən edilməsi zamanı bir sıra faktorlar nəzərə alınır: “Buraya orta ömür müddəti, əhalinin sağlamlıq səviyyəsi, əmək qabiliyyətli dövrün uzunluğu daxildir. Paralel olaraq son illərdə orta ömrün artması fonunda fiskal məsələlər də gündəmə gəlib. Yəni pensiya sisteminin maliyyə dayanıqlılığı problemləri ortaya çıxır. Çünki pensiya alanların yaşı artır, təbii artım sürəti aşağı düşür, doğum sayı azalır. Bu isə pensiya alanların sayı ilə əmək bazarında aktiv çalışanların sayı arasındakı nisbətin dəyişməsinə gətirib çıxarır. Dünya təcrübəsində qəbul olunmuş orta göstərici təxminən 1 pensiyaçıya 3 işləyənin olmasıdır. Lakin  məsələn, Azərbaycan təcrübəsində bu rəqəm təxminən 1,6 nəfərdir. Hazırda ölkədə təxminən 1 milyon 100 min pensiyaçı var, 1 milyon 780 minə yaxın da muzdla çalışan şəxs fəaliyyət göstərir. Faktiki olaraq sığorta ödəyənlərin sayı bu qədərdir. Bu kimi faktorların fonunda hökumətlər öz prioritetlərini müəyyən edirlər. Maliyyə sıxıntıları olan ölkələrdə fiskal məsələlər daha çox önə çıxır, maliyyə dayanıqlılığı güclü olan ölkələrdə isə prioritetlər artıq demoqrafik siyasət və sosial rifah parametrləri əsasında müəyyən edilir və pensiya yaşı da bu çərçivədə müzakirə olunur”.

Rəşad Həsənov bildirir ki, digər ölkələrdə pensiya yaşı ilə orta ömür arasında təxminən 14-15 il fərq olur. Azərbaycanda isə orta ömür təxminən 74 ildir və əgər bu fərqi 14-15 il götürdükdə o zaman pensiya yaşının təxminən 60 olması zərurəti formalaşır.

Ekspert deyib: “Lakin kişilərdə artıq pensiya yaşı 65-dir, qadınlarda isə 2027-ci ildə 65 yaşa çatdırılacaq. Hökumətin 2006-cı ildə təsdiq etdiyi göstəriciyə əsasən gözlənilən pensiya dövrü 12 ildir, yəni 144 ay. Biz bunu rifah səviyyəsi daha yüksək olan ölkələrdəki vəziyyətlə müqayisə edəndə fərq daha da kəskin görünür. Azərbaycanda 65 yaşla 74 yaş arasındakı fərqə baxanda, orta hesabla bir nəfər 9 il pensiya alır. Yəni gözlənilən pensiya dövrü 9 ildir. Kişilərdə isə bu göstərici, ümumiyyətlə, daha aşağıdır - təxminən 6-6,4 il. Məsələn, Yaponiyada orta ömür 89 ilə yaxındır, pensiya yaşı 67-dir. Kanadada orta ömür 88 il olsa da, pensiya yaşı 66-dır. Fərqlər göstərir ki, bəzi ölkələrdə orta ömür ilə pensiya yaşı arasında 22 ilə qədər fərq mövcuddur. Azərbaycanda isə bu fərq çox kiçikdir.

Eyni zamanda əmək şəraiti, insanların sağlamlıq səviyyəsi və əmək qabiliyyətinin real vəziyyətinə baxanda da Azərbaycan üzrə durum çox ürəkaçan deyil. Bir yaponun, almanın, kanadalının 65 yaşında əmək bazarında göstərdiyi performansla azərbaycanlının 65 yaşında göstərdiyi performans eyni deyil. Üstəlik, həmin ölkələrdə əmək şəraiti daha yüngüldür, bizdə isə fiziki əməyin payı daha böyükdür. Yaş artdıqca insanların əmək bazarında aktiv qalması daha da çətinləşir. Bütün bu faktorları nəzərə alsaq, ən optimal variant - gender fərqi nəzərə alınmadan - Azərbaycanda orta pensiya yaşının 60 olmasıdır. Yəni 65 yaş kifayət qədər yüksək göstəricidir. Bu, pensiyaya çıxma əlçatanlığını azaldır və sistem üzrə göstəriciləri pisləşdirir".

Rəşad Həsənovun fikrincə, pensiya yaşının 60-a endirilməsi mümkündür, lakin burada əsas məsələ maliyyə dayanıqlılığıdır: “Azərbaycanda 5 milyon 100 min yetkin insanın təxminən 4 milyonunun əmək müqaviləsi olmalı idi. Hazırda 1 milyon 780 minə yaxın insanın əmək müqaviləsi var, 2 milyon 200 min adamın əmək müqaviləsi rəsmiləşməyib.

Əgər bu istiqamətdə fundamental islahatlar aparılsa, əmək bazarının leqallaşdırılması təmin edilsə, pensiya sisteminin gəlir hissəsi əhəmiyyətli dərəcədə arta bilər. Bu isə Azərbaycanda daha loyal pensiya sisteminin qurulmasına və pensiya yaşının 60-a endirilməsinə real imkan yaradar. Bu gün qərar qəbul edənlər iddia edirlər ki, sistem özünü təmin etmir, dövlət büdcəsindən transfertlər ayrılır və sair. Amma bu, vətəndaşın günahı deyil. Bu, hökumətin son 35 ildə həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi olaraq ortaya çıxan məsələdir. Bu problemi dəyişmək və həll etmək vətəndaşın deyil, dövlətin əlindədir.

Beləliklə, bəli, pensiya yaş həddini aşağı salmaq olar, lakin hökumətin real olaraq buna gedəcəyi gözlənilmir. Əksinə, pensiya yaşının artırılması məsələsi də gündəmdədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri