Icma.az
close
up
RU
Pensiya yaşı ilə bağlı mühüm xəbər

Pensiya yaşı ilə bağlı mühüm xəbər

Icma.az, Bizim media saytına istinadən bildirir.

Dünyanın bir çox ölkəsində pensiya yaşı sosial-iqtisadi şəraitə, demoqrafik göstəricilərə və əmək bazarının vəziyyətinə uyğun olaraq fərqli müəyyən edilir. Postsovet məkanında da bu sahədə müxtəlif yanaşmalar mövcuddur və bəzi dövlətlərdə pensiya yaş həddi Azərbaycanla müqayisədə daha erkən tətbiq olunur. Bu fərqlər cəmiyyətdə tez-tez müzakirələrə səbəb olur və pensiya yaşının azaldılması imkanları ilə bağlı suallar doğurur.
Maraqlıdır, bəs Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı hansısa addım atıla bilərmi? 
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda mövcud demoqrafik və iqtisadi reallıqlar fonunda pensiya yaşının azaldılması qısa müddətdə real görünmür:
"Pensiya sistemi əsasən çalışan əhalinin ödədiyi sosial sığorta haqları hesabına maliyyələşir və bu balansın pozulması ciddi risklər yarada bilər. Hazırda işləyənlərin sayı ilə pensiya alanların sayı arasında nisbət getdikcə dəyişir. Əmək bazarına daxil olan gənclərin sayı azalır. Belə şəraitdə pensiya yaşının aşağı salınması dövlətin xərclərini daha da artıra bilər. 
Məhz bu səbəbdən həm qadınlar, həm də kişilər üçün pensiya yaş həddi 65 yaş olaraq müəyyən edilib. Kişilər üçün bu yaş həddi artıq tətbiq olunur, qadınlar üçün isə mərhələli keçid prosesi davam etdirilir. Belə ki, bu ilin iyul ayından etibarən qadınların pensiya yaşı daha 6 ay artırılaraq 65 yaşa çatdırılacaq".
Ekspert bildirib ki, pensiya yaşının azaldılması yalnız ortalama ömür müddətinin artması, qeyri-rəsmi məşğulluğun azalması və sosial sığorta daxilolmalarının yüksəlməsi halında gündəmə gələ bilər.
"Daha real yanaşma güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi və ya uzun müddət əmək fəaliyyəti olan şəxslər üçün alternativ mexanizmlərin tətbiqidir. Bir çox ölkələrdə pensiya yaşı formal olaraq aşağı olsa da, faktiki olaraq vətəndaşlar ya daha gec pensiyaya çıxır. Bu baxımdan əsas məqsəd təkcə pensiya yaşını azaltmaq deyil, həm də pensiya sisteminin dayanıqlılığını və pensiya məbləğlərinin adekvatlığını təmin etməkdir".
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri