Icma.az
close
up
RU
Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil” Komitə sədri

Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil” Komitə sədri

"Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı: “200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.

O qeyd edib ki, müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdü nə müavinət, nə pensiya, nə də sosial yardım növüdür: "Bu, Prezidentin qayğısı nəticəsində təsis edilən təqaüddür"(Report).

seeBaxış sayı:13
embedMənbə:https://mia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri