Icma.az
close
up
RU
Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi, əlilliyi olan şəxs və aztəminatlı ailə üçün yeni sosial dəstək paketlərinin, o cümlədən pensiya, müavinət və minimum əməkhaqqı artımlarının anonsu deməkdir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlama verib.

Deputatın sözlərinə görə, xərclərin 44 faiz səviyyəsində nəzərdə tutulması sosial siyasətin büdcə prioritetləri sırasında yüksək mövqeyini qoruduğunu göstərən mühüm göstəricidir:

"Burada əsas məsələ yalnız ayrılan vəsaitin nominal həcmi ilə məhdudlaşmır, həmin maliyyə imkanlarının pensiyaçıların, aztəminatlı ailələrin, uşaqlı ailələrin, əmək qabiliyyətini müvəqqəti itirən şəxslərin və digər sosial həssas kateqoriyaların gəlirlərinin qorunmasına, sosial təminat mexanizmlərinin dayanıqlılığının artırılmasına və mövcud ödəniş sisteminin daha ünvanlı şəkildə təkmilləşdirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. Təqdim olunan sosial islahat sənədlərinin məzmunu göstərir ki, qarşıdakı mərhələdə əsas diqqət istiqamətlərindən biri aşağı və orta məbləğdə pensiya alan vətəndaşların sosial müdafiəsinin qorunmasıdır. Təklif edilən indeksasiya modelinə əsasən, orta aylıq əməkhaqqı səviyyəsinə qədər olan pensiyalara indeksasiya faizinin tam tətbiqi nəzərdə tutulur. Bu isə indeksasiyanın sosial ədalət və gəlirlərin qorunması prinsipi üzərində qurulduğunu göstərir".

Rövşən Muradov vurğulayıb ki, yeni yanaşmanın mühüm elementlərindən biri "sosial sığorta ehtiyatı"nın maliyyə imkanlarının genişləndirilməsidir:

"Bu ehtiyatın pensiyaların indeksləşdirilməsi, minimum pensiyanın artırılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin maliyyələşdirilməsinə xidmət etməsi sosial siyasətin əhatə dairəsinin kifayət qədər geniş olduğunu göstərir. Buna görə büdcənin sosial istiqamətinin gücləndirilməsinin təsirini yalnız pensiyalarla məhdudlaşdırmaq doğru olmaz. Burada həyatın müxtəlif mərhələlərində dövlətin sosial müdafiəsinə ehtiyac duyan vətəndaşların bütöv bir spektrindən söhbət gedir. Minimum əməkhaqqı, pensiyalar və ünvanlı dövlət sosial yardımı ilə bağlı cəmiyyətdə artım gözləntilərinin olması tamamilə təbiidir. Bununla yanaşı, iqtisadi baxımdan məsuliyyətli yanaşma tələb edir ki, konkret faiz və məbləğlər yalnız müvafiq maliyyə hesablamaları, makroiqtisadi göstəricilər və rəsmi qərarlar əsasında qiymətləndirilsin. Sosial xərclərin büdcədə yüksək xüsusi çəkiyə malik olması və sosial sığorta ehtiyatının gücləndirilməsi sosial ödənişlərin maliyyə dayanıqlılığının qorunması və sonrakı mərhələlərdə imkanlar daxilində təkmilləşdirilməsi üçün mühüm baza yaradır".

Pensiyalar istiqamətində dinamikanın aydın göründüyünü deyən millət vəkili sosial islahat paketlərinin nəticələrinə diqqət çəkib:

"Son illərdə həyata keçirilmiş beş sosial islahat paketi üzrə illik əlavə 8 milyard manat vəsait ayrıldığı, minimum və orta aylıq pensiyaların üç dəfəyədək, müavinət və təqaüd ödənişlərinin isə beş dəfə artdığı sənədlərdə xüsusi qeyd olunur. Bu dinamika sosial müdafiə siyasətində artım və indeksasiya mexanizmlərinin ardıcıl şəkildə davam etdirildiyini göstərməklə yanaşı, gələcək qərarların da sosial ehtiyaclarla büdcə imkanları arasında tarazlığın qorunması əsasında formalaşdırılacağını deməyə əsas verir. Burada ən vacib prinsip sosial siyasətin yalnız rəqəmlərin artırılması üzərində qurulmamasıdır. Əsas hədəf vətəndaşın real gəlirinin, alıcılıq qabiliyyətinin və sosial təhlükəsizlik hissinin qorunması, eyni zamanda bu siyasətin uzunmüddətli maliyyə dayanıqlılığının təmin edilməsidir. Büdcənin 44 faizinin sosial istiqamətə yönəldilməsi də məhz bu baxımdan qiymətləndirilməli, sosial həssas qrupların müdafiəsi ilə dövlət maliyyəsinin davamlılığı arasında sağlam iqtisadi tarazlığın qorunmasına xidmət edən mühüm göstərici kimi qəbul olunmalıdır".
Lamiyə Cənnətzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Sentyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri