Pensiyalar ilə yeni qaydalar təsdiq olundu: pensiya məbləğlərinə necə təsir göstərəcək?
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib. Yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.
Yeni qaydalar pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərin sadələşdirilməsinə imkan verəcək.
Məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu xüsusən də məlumatlara əlçatanlıq baxımdan da vacibdir.
Yeni qaydala pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminindaha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər.
Vüqar BAYRAMOV,
millət vəkili
Baxış sayı:97
Bu xəbər 07 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















