Icma.az
close
up
RU
Pensiyalarla bağlı mühüm dəyişiklik Kimlərə necə təsir edəcək?

Pensiyalarla bağlı mühüm dəyişiklik Kimlərə necə təsir edəcək?

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsini, habelə vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan qanunvericilik dəyişikliklərini parlamentin payız sessiyasının plenar iclasında sonuncu – üçüncü oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki müzakirəyə çıxarılan sənəd "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli, həmçinin "Diplomatik xidmət haqqında" qanunlara dəyişiklikləri əhatə edir.

Sənəddə vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən əmək pensiyaları sistemi şəxsin topladığı pensiya kapitalı əsasında formalaşır. Son 20 ildə mərhələli şəkildə pensiya təminatı və artımlarının əməkhaqqı ilə birbaşa əlaqəsi ləğv olunaraq pensiya məbləğlərinin toplanmış kapital əsasında müəyyən edilməsinə, artımların isə vahid indeksasiya metodu ilə aparılmasına başlanılıb. Bu yanaşma pensiyaçıların sosial rifahını gücləndirməklə yanaşı, minimum və orta pensiya məbləğlərinin mütəmadi artırılmasına imkan verib, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını möhkəmləndirib. Lakin sistemdə sosial sığorta prinsiplərinə əsaslanmayan və pensiyaya çıxarkən əməkhaqqına bağlı olan ödənişlərin qalması dövlət sektorundakı əməkhaqqı islahatlarına maneə yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına gətirib çıxarırdı. Marqarita pizza

Təklif olunan yeni yanaşmaya əsasən, dövlət qulluqçularının pensiya məbləği ilə dövlət məvacibi arasındakı əlaqə aradan qaldırılır və fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya təyinatı ümumi əsaslarla həyata keçiriləcək. Mövcud qulluq stajına görə əlavə əvəzinə aylıq pensiya əlavəsinin verilməsi təmin olunacaq və bu əlavənin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin üzvlərinə isə konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək. İslahat nəticəsində təyinatlar proaktiv formaya keçəcək, şəxslər inzibati orqanlara müraciət etmədən elektron şəkildə pensiya ala biləcəklər.

Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə də pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə ləğv edilir. Onların pensiyası fərdi hesablarındakı pensiya kapitalına əsasən ümumi əsaslarla təyin olunacaq, qulluq stajına görə əlavə əvəzinə isə hərbi rütbələr üzrə müəyyən edilən sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək.

Bununla yanaşı, əmək pensiyalarının və pensiya kapitallarının indeksləşdirilməsi mexanizmində diferensial yanaşmaya keçilir. Əvvəllər pensiya məbləğindən asılı olmayaraq bərabər indeksasiya tətbiq edildiyi üçün yüksek pensiya alanların gəlirləri daha böyük sürətlə artırdı. Yeniliyə əsasən, yüksək pensiya və yüksək pensiya kapitallarına fərqli indeksasiya tətbiq olunacaq, aşağı məbləğdə olan pensiyalar və pensiya kapitalları isə əvvəlki kimi tam məbləğdə indeksləşdiriləcək. Bu dəyişikliklər Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını daha da artıracaq və aşağı məbləğli pensiyaların mütəmadi olaraq artırılmasına geniş imkan yaradacaq.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri