Icma.az
close
up
RU
Pensiyalarla bağlı vacib məlumat DİQQƏT

Pensiyalarla bağlı vacib məlumat DİQQƏT

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda yaşlı və tənha pensiyaçıların bank kartlarından oğurluq hallarında artım müşahidə olunur. Fırıldaqçılar bu şəxsləri hədəf alaraq onların şəxsi məlumatlarını ələ keçirir və hesablarından vəsait mənimsəyirlər. Bu, həm maliyyə itkilərinə, həm də psixoloji travmalara səbəb olur.

Yaşlı insanlar bu cür dələduzluqlardan necə qoruna bilərlər?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, bu kateqoriyadan olan vətəndaşların texnologiyaya adaptasiya səviyyəsinin aşağı olması onları dələduzlar üçün asan hədəfə çevirir:

“Fırıldaqçılar adətən, bank və ya dövlət qurumları adından zəng edərək şəxsi və bank kartı məlumatlarını ələ keçirir, nəticədə pensiyalar onlayn yolla oğurlanır. Bu cür halların qarşısının alınmasında ilk addım maarifləndirmədir. Yaşlı insanlar şəxsi məlumatlarını, xüsusilə bank kartının PIN kodunu və SMS-lə göndərilən təsdiq şifrələrini heç bir halda telefonla heç kimə verməməlidirlər. Eyni zamanda ailə üzvləri və yaxın qohumlar yaşlı insanlarla bu risklər barədə mütəmadi şəkildə danışmalı, onları real nümunələrlə xəbərdar etməlidirlər. Banklar və digər maliyyə qurumları da bu təbəqə üçün xüsusi hazırlanan, sadə və aydın təlimatlarla təhlükəsizlik bilgilərini daha geniş kütləyə çatdırmalıdır”.

Elvin Abbasov

Ekspert bildirib ki, problemin sistemli həlli üçün aidiyyəti dövlət qurumlarının, bank sektorunun və sosial xidmət sahəsinin koordinasiyalı fəaliyyəti vacibdir:

“Bu, təkcə hüquq-mühafizə və bank sistemlərinin deyil, həm də sosial rifah və informasiya təhlükəsizliyi orqanlarının birgə məsuliyyətidir. Mütəmadi maarifləndirici kampaniyalar, televiziya və radio vasitəsilə xəbərdarlıqlar, SMS bildirişlər, habelə sosial xidmət işçiləri vasitəsilə fiziki izahlar təşkil edilməlidir. Bundan əlavə, texnoloji həllərlə – məsələn, şübhəli zəngləri avtomatik bloklayan sistemlər və fərdi xəbərdarlıqlarla bu halların qarşısını almaq mümkündür”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri